"Psixoloji gərginlik var" - Qurban Qurbanov

"Qarabağ" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündə "Şamaxı"nı 3:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
KONKRET.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
"Futbolçularımı təbrik edirəm. Vacib nəticədir. Oyun əlavə vaxta gedə bilərdi. İkinci hissədə oyunu tam ələ almışdıq. Bəzən səhvlərimiz olurdu. Qələbə çox vacib idi. Futbolçular düzgün oynamağa çalışdılar. Bir az yorğunluq hiss olunurdu. Qarşıdakı günlərdə yavaş-yavaş özlərinə gələcəklər. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Ayxan Abbasova uğurlar arzulayıram".
– Kadi Borgesi "8 nömrə" mövqeyində oynatdınız. Bu, gələcək üçün mesajdır?
– Kadi də o qabiliyyət var. Bu gün onu həmin mövqedə oynatmaq lazım idi. Pedro Bikalyo "Nyukasl" və "Sabah"la oyunlarda xeyli güc sərf etmişdi. Ona görə ehtiyat etdik. İstərdik ki, Kadi daha çox ön xətdə oynasın. Bəzən oyun quruculuğunda onun kimi oyunçunun bugünkü mövqedə olması lazımdır. Gələcəkdə belə rotasiyalar olacaq. Montiel də orada oynaya bilər və ya yerlərini dəyişə bilərik. Futbolçuların bir neçə mövqedə oynamaq qabiliyyətinin olması sevindirici haldır.
– Yarımfinalda rəqibiniz "Sabah" ola bilər. Bu oyunlardan gözləntiniz nədir?
– Yarımfinalda kimlə oynayacağımızın fərqi yoxdur. "Sabah"la oyunlar azarkeşləri daha çox stadionlara cəlb edir.
– "Sabah"ın prezidenti Maqsud Adıgözəlov müsahibəsində bildirib ki, Qurban Qurbanov ötən mövsüm kubokun finalındakı qələbəmizə kölgə salıb. Buna cavab verəcəksiz?
– Keçmişə qayıtmaq istəmirəm. Bu suala cavab verməyəcəyəm. Oyunun gedişatında olan şeylər orada da qalır. Keçmişə qayıtmağı xoşlamıram.
– Aprel ayında "Sabah"la 3 dəfə qarşılaşa bilərsiniz. Bundan əlavə, "Neftçi" ilə oyun da var. Həmin ərəfədə milli komandaların oyunları ilə bağlı fasilə də olacaq. "Qarabağ" belə qrafikə hazırdır? Bunun öhdəsindən gələ biləcəksiniz?
– Gəlməyinə gələcəyik. Bütün oyunları oynamalıyıq. Yorğunluq, hansısa psixoloji gərginlik ola bilər. Bu, futbolçunun həyatıdır, məşqçilərin işidir. İstənilən oyuna futbolçuları kökləməliyik. Əlbəttə ki, bəzən bu, alınmır. Hər oyuna maksimum nəticə üçün çıxacağıq.
– Sanki son vaxtlar "Qarabağ"ın üzərində təzyiq çoxdur. Bu fikirlə nə dərəcədə razısınız?
– Psixoloji gərginlik var. İlboyu sıx qrafikdə oyunlar keçirmək asan deyil. Hazırda elə bir vəziyyətdəyik ki sakit olmağa vaxt yoxdur. Hər matç ötdükcə, tələblər də artır. Bizim məqsədlərimiz daim yüksəkdədir. Bu futbol həyatının normal gedişatıdır. Bəzi futbolçular bu gərginliyin ortasında gücdən düşmüş kimi görünür. Biz bunu maksimum dərəcədə aradan qaldırmağa çalışırıq.
– Qış fasiləsində də bəzi futbolçularınıza təkliflər də var idi. Yeni mövsümdə yenilənmiş "Qarabağ" görə bilərikmi, yoxsa…?
– Hər şey gözlənilir. Ola bilər dəyişiklik az olsun, amma bizdən asılı olmadan səbəblərdən də çox ola bilər. Biz bu il həddindən artıq çox yükləndik. Oyun sayı əvvəlki illərə baxanda daha çox oldu. İstərdim ki, heyətimiz daha geniş olsun. Yeni mövsümdə əlimizdən gələni edəcəyik ki, heyət baxımından əziyyət çəkməyək.qafqazinfo

İdman       Tarix: 05 mart 2026
f Paylaş

Oxşar xəbərlər

Bugünkü oyunları yayımlayacaq kanallar

UEFA Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. KONKRET.azxəbər verir ki, qarşılaşmala

60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-yə məğlub olduqları oyunda (2:4) dubl edərək iki tarixi rekorda imza atıb və Lionel Messinin göstəricilərin

Futbol dünyasının sərvəti: Ən çox qazanan 10 futbolçu

Kriştiano Ronaldo dünyanın ən çox qazanan futbolçusu olaraq qalır. KONKRET.azxəbər verir ki, "Sportico" portalı 2026/27 mövsümünün yekunlarına əsasən ən çox gəlir əldə edəcək futbolçuların siyahısını hazırlayıb

Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi

"Real Madrid" klubunun fransalı hücumçusu Kilian Mbappenin anası və eyni zamanda meneceri olan Fayza Lamari rüşvətvermə şübhəsi ilə Fransa polisi tərəfindən dindirilib. bu barədə "L"Équipe" nəşrin

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

"Barselona" El-Klasikoya xüsusi formalarla çıxacaq

"Barselona" klubu oktyabrın 26-da La Liqada "Real Madrid"lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formad

"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. Misli Premye

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı


son xeberler yeni xeberler azerbaycan xeberleri dunya xeberleri son xeberler 2026 cəbhədən son görüntülər valyuta mezenesi