Putin Stoltenberqə yazdığı məktubda ondan nə tələb edib? - MÜSAHİBƏ

Putin Stoltenberqə yazdığı məktubda ondan nə tələb edib? - MÜSAHİBƏNATO-nun sabiq baş katibi Yens Stoltenberq vəzifəsinin icrasının son günündə "Politoco Magazine" müsahibə verib.
KONKRET.az müəyyən ixtisarlarla yazını təqdim edir:
– Bu gün Sizin son iş gününüzdür. Necə hisslər keçirirsiniz?
– Qəribə hissdir. Getmək vaxtıdır. NATO yeni baş katib Mark Ruttenin rəhbərliyi altında etibarlı əllərdə olacaq. Ancaq alyans və buradakı insanlar üçün darıxacağam. Düzünü desəm, mən daha əvvəl də vəzifədən getmişdim və bu hisslər yad deyil. 1997-ci ildə Norveçin maliyyə naziri vəzifəsindən istefa verdim, daha sonra baş nazir postundan ayrılmışdım. Hər dəfə bir yenilik baş verir.
– Ukraynada müharibə başlamazdan əvvəl Rusiya prezidenti Vladimir Putin 2021-ci ildə sizə məktub göndərərək, yeni NATO üzvlərinin qəbul edilməməsini və alyans qoşunlarının şərq cinahında yerləşməməsini tələb etdi. Sizin üçün sürpriz oldu?
– Əslində, böyüük sürpriz olmadı. Məktubdakı tələblər Rusiyanın daha əvvəl müxtəlif görüşlərdəki ifadə etdiyi istəklərlə eyni idi. Təbii ki, biz qapılarımızı digər ölkələrin üzünə bağlaya bilməzdik. Onların bizdən istəyi genişlənməni dayandırmağımız idi. Biz danışıqlara hazır idik. 2022-ci ilin yanvarında Brüsseldə NATO-Rusiya Şurasının iclası oldu. Müharibənin qarşısını almaq üçün əlimizdən gələn bütün siyasi, diplomatik səyləri göstərməyə çalışırdıq. 2014-cü ildə baş katib olanda əsas vəzifələrimdən biri də Rusiya ilə siyasi dialoqu gücləndirmək idi.
Putin Stoltenberqə yazdığı məktubda ondan nə tələb edib? - MÜSAHİBƏ– Rusiya-Ukrayna müharibəzi zamanı Avropa və ABŞ fikir ayrılığı yaşadı. Sizin üçün ən çətin müzakirələr hansı olub?
– Ən çətin müzakirələr işğaldan əvvəl baş tutub. Müharibə 2 il əvvəl yox, 2021-də, Krımın qeyri-qanuni ilhaqı, həmçinin Rusiyanın Şərqi Donbasa girməsi ilə başladı. NATO müttəfiqləri isə Ukraynaya müəyyən dəstək verdilər. İlk səfərlərimdən birini də 2015-ci ildə Ukrayna üçün baş tutan NATO-nun təlim mərkəzinə olmuşdu. Çox çalışdım ki, müttəfiqlər Kiyevə daha çox hərbi dəstək və təlim versinlər. Bəziləri bununla razılaşdı, ancaq məhdud çərçivədə. İnanırdım ki, 2014-cü ildən sonra Ukraynanı daha çox silahlandırsaydıq, Rusiyanın işğalının qarşısını ala bilərdik. Heç olmasa, vəziyyət indiki kimi olmazdı. Nəyi müzakirə etdiyimiz önəmli deyildi. Yenə deyirəm, 2022-ci ildən sonra tədarük etdiyimiz silahların bir hissəsini daha əvvəl Ukraynaya versəydik, indi rəsmi Kiyevin müharibədə özünü müdafiə səylərini dəstəkləmək əvəzinə, işğalın qarşısını almış olardıq.
Putin Stoltenberqə yazdığı məktubda ondan nə tələb edib? - MÜSAHİBƏ– Yəni o vaxtkı qırmızı xəttlər indikinə bənzəyirdi?
– Bəzi pararlellər var idi. İndi əsas müzakirə NATO və müttəfiqlərin verdiyi silahların Rusiya ərazisində istifadə olunmasına dair aparılır. Rusiyanın Ukraynaya qarşı apardığı işğalçılıq müharibəsidir. Bu, beynəlxalq hüququ açıq şəkildə pozulmasıdır. Ukraynanın özünümüdafiə hüququ var. Beynəlxalq hüquqa görə, Rusiya ərazisində qanuni hərbi obyektlərə zərbə endirmək hüququnu özündə etiva edir. Alqışlayıram ki, bəzi müttəfiqlərin heç bir məhdudiyyəti yoxdur. Ancaq bu, beynəlxalq hüquq çərçivəsində olmalıdır. Digər ölkələrin silahları üçün də qoyulan qadağalar götürülməlidir.
– Sabiq ABŞ prezidenti və indiki namizəd Donald Tramp bu yaxınlarda Zelenskini "tarixin ən böyük marketoloqu" adlandırmışdı. Siz əvvəllər onunla işləmisiniz, onun planları nədir?
– Noyabrda ABŞ-nin prezidenti kim olursa, olsun. avropalı müttəfiqlər Ukraynanı dəstəkləməyə davam etmələrini təmin etmək üçün ABŞ ilə əlaqə saxlamaları vacibdir. Yadımdadır, biz Javelin tank əleyhinə portativ sistemlərin Ukraynaya verilməsini müzakirə edəndə o vaxtkı prezident Donald Tramp buna razılıq vermişdi.
– Tramp seçkilərdə qalib gələrsə, Ukraynanı 24 saat ərzində danışıqlara cəlb edəcəyini bildirib. Bu, Ukraynanın danışıqlara başlamazdan əvvəl strateji və hərbi baxımdan ən yaxşı vəziyyətdə olmasını təmin etmək səylərini azaldır…
– Əvvəla, biz hamımız müharibənin bitməsini istəyirik. Qısa müddət ərzində müharibənin başa çatması Ukraynanın işağlı ilə nəticələnəcək. Ona görə də problem Ukraynanın suveren, müstəqil dövlət kimi davam etdiyi şəkildə müharibəni bitirməkdir və buna nail olmağın yeganə yolu Rusiyanın döyüş meydanında öz məqsədlərinə nail ola bilməyəcəyini başa düşməsinə əmin olmaqdır. Putinin fikrini dəyişdirə biləcəyimizə inanmıram, amma inanıram ki, hesablamalarını dəyişdirə bilərik, o, müharibəni davam etdirməyin çox baha olduğunu başa düşür. Bu, mənim ABŞ-yə mesajımdır və biz hamımız seçkidən sonra bunu bir daha Birləşmiş Ştatlara çatdırmalıyıq.
– Bir çox müttəfiqlər hazırda ÜDM-nin 2 faizini müdafiəyə xərcləyirlər. Bu kifayət qədər yaxşıdır?
– 2014-cü ildə ölkələrin sayı 3 idi. İndi isə 23-ə çatıb. Hətta bəzi ölkələrdə bu, 2 faizdən yuxarıdır. Yaxşı xəbər budur. Pis xəbər isə odur ki, 2 faiz yetərli deyil. Biz qərara aldıq ki, bu minimal hədd olmalıdır. Hazırlığımızı yüksək səviyyəyə çatdırmaq çün müxtəlif planlarımız var. NATO-nun planları nəzərə alsaq, daha çox pul xərcləmək lazım olacaq. Bununla bağlı konkret rəqəm demək istəmirəm. Lakin müdafiə planlarımız əsasında qüvvələrin hazır olması ilə bağlı razılaşdığımız ambisiyanı görəndə, onun 2 faizdən əhəmiyyətli dərəcədə çox olması aydın olur.
Putin Stoltenberqə yazdığı məktubda ondan nə tələb edib? - MÜSAHİBƏ– Almaniya və Baltikyanı ölkələr Rusiyanın hücumunun cəmi beş il ərzində baş verə biləcəyini deyirlər. Qiymətləndirməniz necədir?
– Açığı, heç bir NATO müttəfiqinə qarşı hərbi təhlükə görmürük. İkincisi, biz görürük ki, Rusiyanın hərbi potensialının görə, demək olar ki, bütün quru qoşunları indi Ukraynadakı müharibəyə yönləndirilib. Digər tərəfdən, iqtisadi sferada da müharibə davam edir. Rusiya çoxlu silah istehsal edir. Moskvanın əvvəlki gücünü bərpa etməsinə nə qədər zaman lazım olacaq, bilmirəm. Onu deyə bilərəm ki, Rusiyanın hücuma keçməsi qaçılmazmış kimi danışmamalıyıq. NATO bunun qarşısını almaq üçün oradadır. Məqsədimiz müharibə etmək deyil, bunun qarşısını almaqdır.
– Bürüsseldən ayrılarkən, hansı yarımçıq işiniz qaldı?
– Belə şeylərin siyahısını tutmuram. Ukraynada müharibə davam edir və orada gördüklərimiz ürək ağrıdır. İyulda NATO sammitinda qəbul etdiyimiz qərara görə, Ukrayna üzərində daha çox öhdəliklər götürüb, buna uyğun struktur yaratdıq. NATO Ukraynanın ən mühim dəstəkçisi olmağa davam edəcək. Rəsmi Kiyevə verilən dəstəyin 99 faizi NATO-dan gəlir. Ancaq müharibənin başa çatmasını görmək çox gözəl olardı.
– Deməli, yeni baş katibin daha yaxşı olacağına inanırsınız
– Tam əminəm ki, Mark Rutte mükəmməl baş katib olmaq üçün yetərli keyfiyyətlərə makikdir.

Tərcümə etdi: Məlik
KONKRET.az

Siyasi       Tarix: 10 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:


son xeberler azerbaycan xeberleri yeni xeberler gunun xeberleri son xeberler bugun 2026 canli son xeberler bugun kriminal