Putinlə Tramp arasında Qarabağ söhbəti: Qafqazda yeni reallıqlar
KONKRET.az xəbər verir ki, Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, Gürcüstanın "1TV.GE" nəşrinin xəbərinə görə, 8 noyabr – Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət ediblər.
Diqqətə çatdırılıb ki, dövlət başçımız və birinci xanım Mehriban Əliyeva Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad ediblər.
Mənbə vurğulayıb ki, 10 noyabr 2020-ci ildə Rusiyanın vasitəçiliyi ilə Azərbaycan, Ermənistan və Rusiya tam atəşkəsi nəzərdə tutan birgə bəyanat imzalayıblar və üçtərəfli bəyanatda Kəlbəcər, Ağdam, Laçın rayonlarının Azərbaycana qaytarılması öz əksini tapıb.
Amerika lideri Donald Tramp ABŞ-nin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş müqavilələrin imzalanmasına kömək etməsindən bəhs edib.
"TASS" xəbər verir ki, o bu məsələni iki həftə əvvəl Rusiya Prezidenti Vladimir Putinlə müzakirə etdiyini bildirib.
D.Trampın sözlərinə görə, Vladimir Putin söhbət zamanı Rusiyanın "10 ildir bu müharibəni bitirməyə çalışdığını" və "uğursuz olduğunu", ABŞ-nin isə buna son qoyduğunu bildirib.


Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib