Putini tənqid edən rusiyalı deputat Hindistanda ölü tapıldı - FOTO
Rusiyalı deputat Pavel Antov Hindistanda məzuniyyətdə olarkən dünyasını dəyişib.
KONKRET.az xəbər verir ki, bu barədə "NDTV" telekanalı yerli polisə istinadən məlumat yayıb.
Bildirilib ki, 65 yaşlı Pavel Antovun meyiti şənbə günü otelin qarşısında tapılıb. Polis deputatın otelin üçüncü mərtəbəsindən yıxıldığını bildirib.
Məlumata görə, Pavel Antov və daha üç nəfər turistlər qrupunun tərkibində dekabrın 21-də Hindistanın Orissa əyalətinin Rayaqada rayonundakı otelə gəliblər. Dekabrın 22-də dostu Vladimir Bidenov öz otağında ölü tapılıb. Hindistan polisi Antonovun dostunu itirməsi ilə barışa bilmədiyi üçün intihar etdiyini bildirir.
Qeyd edək ki, Pavel Antov bu yaxınlarda Rusiyanın Ukraynaya hücumlarını tənqid edib və sonradan bu bəyanatından geri çəkilib.
Məlumata görə, Pavel Antov Rusiyanın ən zəngin deputatlarından biridir. 2018-ci ildə "Forbes" onun qazancını 10 milyard rubl qiymətləndirib. 2000-ci illərdə ət və kolbasa məhsulları istehsalı üzrə "Vladimir Standard" şirkətlər qrupunu təsis edib.
İqbal Rzayev,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır