Putinlə Əsəd arasındakı görüşün DETALLARI AÇIQLANDI
Suriyadakı qeyri-qanuni xarici silahlı qüvvələr ölkənin sabitlik yolu ilə irəliləməsinə imkan vermir.
Publika.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin suriyalı həmkarı Bəşər Əsədlə görüşdə deyib.
Rusiya lideri bildirib ki, əsas problem xarici silahlı qüvvələrin BMT-nin qərarı olmadan Suriyada yerləşdirilməsidir: "Bu, beynəlxalq hüquqa açıq şəkildə ziddir. Bu qüvvələr sizin tələbiniz olmadan ölkənin müəyyən ərazilərində yerləşib. Bu isə ölkəni yenidən ayağa qaldırmaq üçün maksimum səy göstərmək, bütün ərazinin mümkün olacaq sürətdə qanuni hökumət tərəfindən nəzarət altına alınmasını təmin etmək və bu şəkildə irəliləmək yolunda əngəldir".
V.Putin Bəşər Əsədlə görüşdə qeyd edib ki, Rusiya və Suriyanın birgə səyləri terrorçulara zərbə vurub, Suriya hökuməti ölkə ərazisinin 90 faizdən çoxuna nəzarət edir.
Rusiya lideri həmçinin Əsədin dialoq qurmaq üçün çox iş gördüyünü bildirib və bu prosesin davam edəcəyinə ümid etdiyini əlavə edib: "Bilirəm ki, bunun üçün çox şey edirsiniz, o cümlədən siyasi rəqiblərinizlə dialoq qurursunuz. Ümid edirəm ki, bu proses davam edəcək".
Qeyd edək ki, Vladimir Putinlə Bəşər Əsədin görüşü Kremldə baş tutub.
Akqabay

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu