Qadın bacısı qızının nişanında qızılları oğurladı: konfet kağızına büküb aparıb

Qadın bacısı qızının nişanında qızılları oğurladı: konfet kağızına büküb aparıbSalyanda qadın bacısı oğlunun və onun arvadının qızıllarını oğurlayıb.
Hadisə rayonun Şorsulu kəndində baş verib.
İttiham aktına görə, 38 yaşlı Sənubər Rəhimova (şərti adla) bacısı qızının nişanı üçün onların evinə gedib. Evdə nişan üçün hazırlıqlara kömək edərkən heç kimin olmamasından istifadə edib və bacısı oğluna, eləcə də onun arvadına məxsus ümumilikdə 3500 manatlıq qızılları oğurlayıb.
Zərərçəkənin şikayəti əsasında Sənubər Rəhimova saxlanılıb və barəsində cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs bildirib ki, həyat yoldaşı 2 il əvvəl ölüb və azyaşlı oğlu ilə birgə yaşayır. Oğurladığı qızılları nişan konfetinin kağızına bükərək evinə aparıb. Zinət əşyalarını evin yanında, Kür çayının bəndinin aşağısındakı daşların altında gizlədib. Lakin səhər polis əməkadaşları tərəfindən saxlanılıb.
Yekun olaraq, o, əməlindən peşman olduğunu və azyaşlı övladını tək böyütdüyünü deyərək, barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş edib.
Zərərçəkən şəxs də oğurlanan qızılların geri qaytarıldığını və xalasına qarşı şikayətinin olmadığını deyib.
Məhkəmənin hökmü ilə Sənubər Rəhimova 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Bundan başqa ona electron qolbaq taxmaq, gecə saat 23-dən səhər saat 7-dək yaşadığı evi, həmçinin 9 ay ərzində isə Salyan rayonunu tərk etməmək tapşırılıb.
/lent.az

Sosial       Tarix: 08 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı

Çində alimlər tərəfindən aparılan yeni elmi tədqiqat ev şəraitində içməli suyu təhlükəli mikroplastiklərdən təmizləməyin son dərəcə asan və effektiv yolunu üzə çıxarıb. Məlum olub ki, kran suyunu sadəcə qaynatmaq və xırd

Vo Thi An Suan ADNSU-da - FOTOLAR

Ölkəmizdə səfərdə olan Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti xanım Vo Thi An Suan oktyabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) səfərdə olub. Vitse-prezidenti səfər zamanı Preziden

Bakıda 21 yaşlı kişi bıçaqlandı

Bakıda 21 yaşlı kişi bıçaqlanıb. Hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Amil Qoşqar oğlu Eyvazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə ba

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı yeniyetməni maşın vurub. Hadisə rayon ərazisində baş verib. Belə ki, 2009-cu il təvəllüdlü E. Mehtiyevi "VAZ 2107" markalı maşın vurub. Yeniyetmə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib

Yeni prokuror tanınmış hakimin oğludur

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin Əmri ilə Pərviz İbayev Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib. -un "Unikal"a istinadən məlumatına görə, Pərviz İbayev Məhkəmə-Hüquq Şurasının keçmi

ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb

Azərbaycan Beynəlxalq Bankının ("ABB") sistemində yaranan texniki nasazlıq müştərilər arasında narazılığa səbəb olub. Sosial şəbəkələrdə paylaşım edən vətəndaşlar başqa banklardan "ABB" kartlarına göndərilə

Bakı-Quba yolunda yük maşını aşıb, ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Hadisə yerinə FHN-in Sumqayıt Regional Mərkəzinin xilasedicilər

Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var

Naxçıvanda zəncirvari yol qəzası olub. Hadisə şəhərin Topçubaşov küçəsində qeydə alınıb. Belə ki, "Hyundai", "Audi" və iki "Kia" markalı avtomobilin toqquşması nəticəsində 5 nəfər; 2001-ci i

Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü

Azərbaycan Dövlət Pedaqoji Kollecində dava olub. Hadisə kollecin həyətində baş verib. Təhsil müəssisəsinin tələbəsi Mirkamil Mirislamov (soyad şərtidir - red.) qrup yoldaşı Elvinlə zarafat edib. Zarafat Elvinin xoşuna gəlməyi


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbərlər son xabar xeberler bugun 2026 hava durumu