Qadın sahibkar bir ildə Azərbaycana 31,4 milyon dollar gətirib

Qadın sahibkar bir ildə Azərbaycana 31,4 milyon dollar gətiribÖtən il Azərbaycanın ümumi ixracı 33,9 milyard dollar olub və bunun 3,3 milyard dolları qeyri-neft sektorunun payına düşüb.
KONKRET.az xəbər verir ki, açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,8% artıb.
2023-cü il ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (402,5 milyon dollar) birinci, pambıq (123,7 milyon dollar) ikinci, qızıl (162,8 milyon dollar) üçüncü, pomidor (162 milyon dollar) isə dördüncü olub.
Ötən il xarici ölkələrə ən çox qeyri-neft məhsulları ixrac edən özəl şirkətlərin və fərdi sahibkarların ilk onluğu isə aşağıdakı kimi olub.
Şirinov Elvin Valeh oğlu – 128,2 milyon dollar
"MKT İstehsalat Kommersiya" MMC – 88,8 milyon dollar
"Baku Steel Company" QSC – 63 milyon dollar
"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycandakı nümayəndəliyi – 59,2 milyon dollar
"Best Logistik" MMC – 44,4 milyon dollar
"My Fruit" MMC – 38,9 milyon dollar
"STP Global Cable" MMC – 35,8 milyon dollar
"P-Aqro" MMC – 33,4 milyon dollar
Muradova Sahibə Səlimət qızı – 31,4 milyon dollar
"Mors Trading" MMC – 27,9 milyon dollar
Qeyd edək ki, ötən il qeyri-neft sektoru üzrə ən çox məhsul ixrac edən qeyri-dövlət suyektlərinin siyahısında 2 fərdi sahibkar yer alıb.
Şirinov Elvin Valeh oğlu 2022-ci illə müqayisədə ixracını təxminən 3 dəfə artıraraq ötən il 128,2 milyon dollara çatdırıb.
İlk onluqda yer alan digər fiziki şəxs – Muradova Sahibə Səlimət qızı isə ilk dəfə ötən il məhsul ixrac etməyə başlayıb. Muradova Sahibə ilk dəfə məhsul ixrac etməsinə baxmayaraq 31,4 milyon dollarlıq ixracla ilk onluğa düşə bilib.Yeniavaz.com

Sosial       Tarix: 01 fevral 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana


yeni xeberler azerbaycan xeberleri son xeberler valyuta mezennesi apa.az xeberler valyuta mezenesi zelzele