Qadınlara təcavüz edən məşhur amerikalı aktyora hökm oxundu - FOTO

Qadınlara təcavüz edən məşhur amerikalı aktyora hökm oxundu - FOTOQadınlara təcavüz edən məşhur amerikalı aktyora hökm oxundu - FOTO
"That 70s Show" ("70-ci illərin şousu") verilişinin məşhur aktyoru Denni Masterson iki qadına təcavüz etdiyinə görə 30 il ömürlük həbs cəzasına məhkum edilib.
2006-cı ilə qədər səkkiz mövsüm retro komediyada rol alan 47 yaşlı aktyor və məşhur sayentoloqa Los-Anceles Ali Məhkəməsinin hakimi qanunda nəzərdə tutulan maksimum cəzanı verib. Məhkum olunduğu gündən həbsdə olan Masterson yalnız 25 il yarımdan sonra şərti azadlığa çıxma haqqına sahib ola biləcək.
Qeyd edək ki, 2001-2003-cü illər arasında üç qadın şöhrətinin zirvəsində olan Mastersondan şikayət edib və ona qarşı təcavüz ittihamı irəli sürüb. Məhkəmə nəticəsində məlum olub ki, Masterson bu qadınlardan ikisinə təcavüz edib.
Bu hadisə qismən də ona görə diqqət çəkib ki, Masterson bu qadınlarla üzvü olduğu Sayentologiya Kilsəsi vasitəsilə tanış olub. Onu ittiham edən qadınlar, həmçinin kilsənin onları hüquq-mühafizə orqanlarına müraciət etməkdən çəkindirmək istədiyini qeyd ediblər.
Sayentologiya Kilsəsi bu iddianı rədd edib və bildirib ki, Mastersonun dini cinayət işində araşdırma predmeti olmamalıdır.
Qadınların sözlərinə görə, Denni Masterson 2001-2003-cü illər arasında onlara narkotik verib və Hollivud Hillsdəki evində təcavüz edib.
Mastersonla görüşdüyü zaman Sayentologiya Kilsəsinin üzvü olan qadın dini təşkilatı Mastersonun "köməkçisi və qoruyucusu" adlandırıb və vurğulayıb ki, təcavüz haqqında danışmaq istəyərkən kilsə tərəfindən təqiblərə məruz qalıb. Qadın əlavə edib ki, travmadan sonra yaranan əsəb pozğunluğu onun perspektiv aktyorluq karyerasına da mənfi təsir göstərib.
Məhkəmə boyu danışmayan Masterson hökm oxunarkən həyat yoldaşı, aktrisa Biju Filips ilə birlikdə gözyaşlarına boğulub. Ona danışmaq təklif edilsə də, aktyor bundan imtina edib.
Hökm elan edildikdən sonra Denni Masterson həbs olunub.
Qadınlara təcavüz edən məşhur amerikalı aktyora hökm oxundu - FOTOQadınlara təcavüz edən məşhur amerikalı aktyora hökm oxundu - FOTOQadınlara təcavüz edən məşhur amerikalı aktyora hökm oxundu - FOTOQadınlara təcavüz edən məşhur amerikalı aktyora hökm oxundu - FOTOQadınlara təcavüz edən məşhur amerikalı aktyora hökm oxundu - FOTOQadınlara təcavüz edən məşhur amerikalı aktyora hökm oxundu - FOTOQadınlara təcavüz edən məşhur amerikalı aktyora hökm oxundu - FOTOQadınlara təcavüz edən məşhur amerikalı aktyora hökm oxundu - FOTOQadınlara təcavüz edən məşhur amerikalı aktyora hökm oxundu - FOTOQadınlara təcavüz edən məşhur amerikalı aktyora hökm oxundu - FOTOMənbə: "Reuters" / oxu.az

Şou Biznes       Tarix: 08 sentyabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

Türkiyədə məşhurlara qarşı aparılan narkotik araşdırması çərçivəsində saxlanılan aktrisa Çağla Bozun narkotik testi ilə bağlı nəticə açıqlanıb. Türkiyə mediası xəbər verir ki, əməliyyat zamanı aralarında aktrisa Çağla Bozu

Qadınlara gül almayın' - Niyamdan kişilərə

Müğənni Niyam Salami qadınlara hədiyyə seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. Sənətçi həmkarı İzzət Bağırovun konsertində kişilərə qadınlara gül almaq əvəzinə qızıl hədiyyə etməyi tövsiyə edib. "Kişilərə tövsiyə

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

Evini 3,2 milyona satır - Fotolar

Amerikalı aktyor Ceyk Conson Los-Ancelesdəki evini satışa çıxarıb. "Yeni qız" ("New Girl") serialındakı Nik Miller obrazı ilə tanınan 48 yaşlı aktyorun müasir üslubda dizayn edilmiş evi 3 milyon 295 mi

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxeber.az xəbər en son xeberler bu gun azerbaycanda son xeberler