"Qalatasaray" vacib iki XAL İTİRDİ
Türkiyə Super Liqasında XXVI tur davam edir.
KONKRET.azapasport.az-a istinadən xəbər verir ki, bu gün daha 2 matç keçirilib.
Lider "Qalatasaray" xal itirib.
"Sarı-qırmızılılar" səfərdə "Kasımpaşa" ilə qarşılaşıb. Oyunda hesabı qonaqlar açıb. Viktor Osimhen penaltini dəqiq yerinə yetirib.
İkinci yarının startında meydan sahibləri Mortadha Ben Ouaneslə bərabərlik topunu vurub. Çox keçmədən Yosip Brekalo komandasını hesabda önə keçirib. Buna baxmayaraq, "Qalatasaray" Davinson Sançez və Viktor Osimhenlə yenidən üstünlüyə yiyələnib. Amma Haris Hayradinoviç "Kasımpaşa"ya vacib 1 xal qazandırıb – 3:3.
Qeyd edək ki, "sarı-qırmızılılar" 65 xalla turnir cədvəlinə başçılıq edir. "Cimbom"un ən yaxın izləyicisi "Fənərbaxça" bu gün "Antalyaspor"la qarşılaşacaq. "Sarı-lacivərdlər" qələbə qazanarsa, liderlə xal fərqini 4-ə endirəcək.
Türkiyə Super Liqası
XXVI tur
"Kasımpaşa" – "Qalatasaray" 3:3
"Rizespor" – "Alanyaspor" 3:1

İlham Əliyevin sosial media hesablarında paylaşım edildi – FOTO
Azercell-in dəstəyi ilə 100 gənc qadın sahibkarlıq və liderlik bacarıqlarını inkişaf etdirib
Azərbaycanda 1,1 milyon insanın pensiyası artırılacaq
Dani Bolt "Qarabağ"dan getdi
Tarixi rekord: cekpot ilk dəfə 2 000 000 manatı keçdi
Messi milli komandadakı karyerasını başa vurub
"Qəbələ" Kaxaber Sxadadze ilə yollarını ayırdı
Pezeşkian: İran Azərbaycanla bütün sahələrdə münasibətləri genişləndirməkdə maraqlıdır
Nofəl İbrahimov vəfat etdi
AccessBank-da yeni dalğa – AccessRadio artıq yayımda
31 avqust üçün rəsmi valyuta məzənnələri açıqlandı
Qarabağda bədbəxt hadisə - 2 nəfər həyatını itirdi (FOTO)
Azərbaycanda oğul atasını öldürdü - 34 il sonra tutuldu
İlham Əliyev Lukaşenko ilə söhbət etdi