"Qalatasaray" və "Fənərbağça"nın sabiq futbolçusu Azərbaycana gəlib - VİDEO
Türkiyə millisinin, "Qalatasaray" və "Fənərbağça"nın sabiq futbolçusu Tanju Çolak Naxçıvan Muxtar Respublikasına səfər edib.
KONKRET.az xəbər verir ki, 58 yaşlı veteran hücumçunun səfəri Naxçıvan Futbol Federasiyasının ötən ay seçilmiş yeni sədri Vüqar Abbasovun dəvəti ilə gerçəkləşib.
O, Naxçıvan şəhərində Heydər Əliyev muzeyini ziyarət edib, mərkəzi stadionda və Uzunoba gölünün yanındakı süni örtüklü meydançası olan bazada olub. O həmçinin, AFFA Region Liqası çərçivəsində yerli "Araz-Naxçıvan" – "Şahbuz" matçına baxıb.
Onunla respublikamızda futbolun inkişafına dair 10 illik dövlət proqramı çərçivəsində danışıqlar və məsləhətləşmələr aparılacaq. Mütəxəssis öz təcrübəsini yerli məşqçilərlə bölüşəcək.
Qeyd edək ki, Tanju Çolak 1987-1991-ci illərdə "Qalatasaray"da çıxış edib və Türkiyə çempionatında 124 oyuna 116 qol vurub. Həmçinin, onun 1991-1993-cü illərdə "Fənərbağça" karyerası da var.

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu