Qalatasaraydan Barış Alper Yılmaz qərarı - Rekord transfer haqqı açıqlandı

Qalatasaraydan Barış Alper Yılmaz qərarı - Rekord transfer haqqı açıqlandı</p> 
 <p>Avropa nəhənglərinin axtardığı Barış Alper Yılmaz üçün tələb olunan transfer qiyməti bəlli olub. AVRO-2024-dəki çıxışı ilə futbol azarkeşlərini heyran qoyan milli futbolçu ilə İngiltərə və Almaniyadan bir çox komandanın maraqlandığı iddia edilirdi.
KONKRET.azxəbər verir ki, Avropa nəhəngləri transfer dövrünün ən çox danışılan adlarından Barış Alper Yılmaz üçün sıraya düzülüb.
Almaniyanın "Borussiya Dortmund" və İngiltərənin "Mançester Yunayted" klublarının yaxından izlədiyi türk ulduz üçün tələb olunan transfer qiyməti açıqlanıb.
AVRO-2024-dəki çıxışından sonra Barışa olan marağı nəzərə alan "Qalatasaray"ın 30-35 milyon avro gəliri hədəflədiyi öyrənilib. Ulduz futbolçunun komandada qalmasını istəyən Okan Burukun astronomik təkliflər olacağı təqdirdə gedişinə icazə verməsi gözlənilir.
Almaniyada keçirilən 2024-cü il Avropa Futbol Çempionatında 5 matçda forma geyinən Barış Alper baş məşqçi Vinçenzo Montellanın ən çox seçilən adlarından biri olub.
Milli futbolçu Çexiya ilə qrup matçında matçın adamı mükafatına layiq görülüb.
Günel Mikayılova,
KONKRET.az

İdman       Tarix: 16 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"

Hər kəs "Sabah" komandasından "Slaviya" ilə qarşılaşmada qələbə gözləyir. KONKRET.azxəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsind

Cüdoçumuz dünya üçüncüsü oldu

Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında üçüncülük görüşünə çıxıb. xəbər verir ki, o, bürünc medal uğrunda qazaxıstanlı Abilayxan Zubanazar ilə qarşılaşıb. İdmançımız görüşdə ipponla qalib gələrə

"Şamaxı" "Zirə"yə, "Sumqayıt" "Qəbələ"yə qarşı

Misli Premyer Liqasında VII tur bu gün keçiriləcək iki qarşılaşma ilə davam edəcək. xəbər verir ki, ikinci oyun günündə əvvəlcə Zirə İdman Kompleksinin stadionunda saat 17:00-da "Zirə" və "Şamaxı" komandalar

"Oyun bir qədər çirkin alındı" - Dambrauskas

Bu gün Misli Premyer Liqasının VII turu çərçivəsində keçirilən "Neftçi" -"Sabah" matçı qolsuz bərabərliklə başa çatıb. xəbər verir ki, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Neftçi"

Məşhur futbolçu 40 yaşında karyerasını bərpa etdi

Futbol üzrə İspaniya millisinin heyətində dünya çempionu olan yarımmüdafiəçi David Silva karyerasını bərpa edib. O, Honkonq Premyer Liqasında çıxış edən "Satxin" klubu ilə müqavilə bağlayıb. KONKRET.azoxuaz-a istinadə

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir. -a istinadla xəbər verir ki, 41 yaşlı futbolçu "CNN Portugal"

"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov

"Şamaxı"nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 7-ci turunda "Zirə" ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib. xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbua

"Sabah" UEFA Çempionlar Liqasında tarixə düşdü

"Sabah" UEFA Çempionlar Liqasında qeydə aldığı göstərici ilə fərqlənib. xəbər verir ki, "OptaJoe"nun paylaşdığı statistikaya əsasən, Bakı klubu turnirin tarixində ardıcıl üç oyunun ilk dəqiqələrindən etibarə

Avropa Liqası: Bu gün 15 oyun var

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində növbəti oyunlar baş tutacaq. xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq. UEFA Avropa Liqası


azerbaycan xeberleri yeni xeberler son xeberler dunyada son xeberler sonxəbər krminal bu gun