Qalib xalqın qalib partiyası

Qalib xalqın qalib partiyasıMüstəqil Azərbaycanın əldə etdiyi uğurların, o cümlədən Vətən müharibəsindəki tarixi Zəfərinin arxasında məhz əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət dayanır. Onu da qeyd etməyi özümə borc bilirəm ki, Azərbaycanı hər keçən gün yeni-yeni uğurlara aparan bu siyasətin reallaşdırılmasında Ulu Öndərin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının (YAP) da müstəsna xidmətləri olub.
Yarandığı vaxtdan öz məqsədyönlü fəaliyyəti ilə müxalifətçiliyin sivil qaydalarını və normalarını müəyyənləşdirən Yeni Azərbaycan Partiyası ortaya yeni siyasi mədəniyyət forması qoydu. Və bununla da, bildirdi ki, əslində  müxalif olmaq dövlət maraqlarına zidd mövqe tutmaq deyil, əksinə iqtidar partiyası kimi fəaliyyət göstərməklə məhz xalqa xidmət etmək, onun mənafeyini qorumaq prinsiplərinə əsaslanmaqdır. Yeni Azərbaycan Partiyasının yaranması və fəaliyyəti, eyni zamanda dövlətin siyasi sisteminin təşəkkül tapması baxımından da əlamətdardır. Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasını zamanın tələbi  kimi qiymətləndirərək, o vaxtkı şəraitlə əlaqədar həmin zaman üçün tarixi zərurət kimi meydana gələn bir partiya olduğunu deyirdi: "Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır".
SSRİ-nin süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi, Azərbaycanda ilk illər vəziyyət son dərəcə ağır idi. Həmin vaxt ölkəyə rəhbərlik edənlərin siyasi savadsızlığıı onsuz da ağır olan vəziyyəti getdikcə dərinləşdirirdi. Ayrı-ayrı şəxslərə xidmət edən qeyri-qanuni siahlı birləşmələrin hegemonluğu, anarxiya və özbaşınalıq xalqın əsəblərini tarıma çəkmişdi. Digər tərəfdən isə mənfur qonşumuz olan ermənilərin torpaqlarımızı hissə-hissə işğal etməsi əhalinin sabaha olan ümidini heçə endirmişdi. Artıq Azərbaycan xalqının başı üstünü qara buludlar almışdı. Ölkə vətəndaş müharibəsi həddinə çatmışdı. Azərbaycana düşmən kəsilmiş qüvvələr, hakimiyyət hərisliyində olan daxili qruplaşmalar və xarici ağalarının tapşırıqlarını can-başla yerinə yetirən satqın və xəyanətkarlar xalqımızı diz çökdürmək niyyətində idilər. Respublikamız açıq-aşkar parçalanmaq, yenicə qazanılmış müstəqilliyimizin məhv olmaq təhlükəsi qarşısında idi. Belə bir məqamda xalqı və respublikanı düşdüyü bu ağır vəziyyətdən xilas etmək üçün ölkə rəhbərliyinə dövlət idarəçiliyində zəngin təcrübəsi olan və milləti öz ətrafında birləşdirməyə qadir şəxsiyyətə böyük ehtiyac yaranmışdı. Hadisələrin gedişi xalqda belə bir inam formalaşdırmışdı: Azərbaycanı düçar olduğu bu bəladan, "olum, ya ölüm" dilemması qarşısında qalmış və hər cür məhrumiyyətlərdən, əzablardan bezmiş xalqı yalnız ulu öndər Heydər Əliyev xilas edə, müstəqilliyimizi əbədi və ərazi bütövlüyümüzü təmin etmək üçün qəti tədbirlər görə bilər.
Yeni Azərbaycan Partiyasının tarixi müstəqil Azərbaycan dövlətinin inkişaf salnaməsidir. Çünki müasir, müstəqil Azərbaycanın tərəqqisi, möhtəşəm tarixi nailiyyətlər qazanaraq güclü - qüdrətli dövlətə çevrilməsi Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası ilə bilavasitə bağlıdır
Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümünü tarixi ədalətin bərpa olunduğu, haqq savaşımızda qələbə qazandığımız, "Qarabağ Azərbaycandır!" nidası ilə möhürlənmiş tarixi günlər ərəfəsində qeyd edirik. Və bu gün ən maraqlı məqam odur ki, Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi Azərbaycanın müstəqillik dövrünün tarixi ilə, demək olar ki, üst-üstə düşür. Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə qazanılan zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Prezident İlham Əliyev, həm də həyatını Azərbaycana həsr edən, "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur", - deyən Ulu Öndərin arzusunu reallaşdırıb.
Naftalan şəhər sakini Rövlan Heydərov / azxeber.com

Siyasi       Tarix: 23 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Paşinyan parlamentdə özündən çıxdı: "Sizi siyasi bomjlara çevirəcəyik!"

Ermənistanın baş naziri Nikol Paşinyan müxalifətdəki "Güclü Ermənistan" partiyasının deputatı Anuş Mirzoyanın onu Azərbaycanın Qarabağ bölgəsində minlərlə erməni hərbçinin ölümündə ittiham etməsindən sonra özündə

Trampın İran planı üzə çıxdı - TƏCİLİ

ABŞ Prezidenti Donald Trampın İranın kimyəvi və bioloji silahlarla maraqlandığı barədə iddiası Vaşinqtonun Tehrana qarşı mümkün hərbi planları ilə bağlı müzakirələri yenidən alovlandırıb. xəbər verir ki, politoloq Turan Rzaye

Rumıniya səfiri Rusiya XİN-ə çağırıldı

Rumıniyanın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə xarici siyasət idarəsindən bildirilib. Buxarestin Rusiya idmançılarına viza verməkdən imtin

Yekun bəyanat qəbul edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnama rəsmi səfəri zamanı iki ölkənin dövlət başçıları tərəfindən "Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Ba

Azərbaycan XİN Tbilisidə baş verən partlayışla bağlı başsağlığı verdi

Azərbaycan Gürcüstana Tbilisidəki yaşayış binasında baş verən partlayışla bağlı başsağlığı verib. xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesablarında paylaşım edilib. "Tbilisid

Azərbaycanla Özbəkistan arasında pensiya təminatı sahəsində əməkdaşlıq Sazişi təsdiqləndi

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb. Qeyd edək ki

Azərbaycanla ABŞ arasında TRIPP layihəsi müzakirə edilib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ-nin sülh missiyaları üzrə xüsusi nümayəndəsinin baş müşaviri Arye Laytstounla görüşüb və söhbət zamanı TRIPP layihəsinin əhəmiyyəti vurğulanıb. Bu barədə -a Xarici İşlə

İlham Əliyev: Mən Vyetnama səfərimin nəticələrindən çox məmnunam

Prezident İlham Əliyevin sosial media hesablarında Hanoyda Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın və xanımı No Fon Linin adından verilən rəsmi nahar tədbirində çıxışından video paylaşılıb. xəbər verir ki, paylaşımd

Ermənilərə pasport paylanır – Üzərində doğum yeri Azərbaycan…

Ermənistanda noyabrın 1-dən tətbiq edilən yeni biometrik pasportların verilməsi proseduru Qarabağdan köçən ermənilərin narazılığına səbəb olub.                                                        . xəbər verir ki, Qarabağ


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən görüntülər sonxeberler azerbaycan son xeber bugun xeber.az