Qanunsuz sərnişin daşıyan taksi sürücüləri - 5 sutkalıq həbs olundu
Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində qanunsuz taksi fəaliyyəti göstərən iki sürücü həbs edilib.
KONKRET.az xəbər verir ki, taksi fəaliyyəti göstərən 30 yaşlı A.Məmmədov və 33 yaşlı M.Rüstəmov Nəqliyyatda Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onların taksi tanıma nişanı və taksometr qurğusu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olması, sərnişinlərin gediş-gəlişinə mane olaraq ictimai qaydanı pozması bildirilib. Hər iki şəxs barəsində inzibati protokol tərtib edilib.
Həmçinin qeyd edilib ki, həmin sürücülər barəsində daha əvvəl ümumilikdə 22 dəfə tənbeh tədbiri görülsə də, əməllərinə davam edirlər.
Saxlanılan sürücülər Xəzər Rayon Məhkəməsinə göndərilib. Onların hər ikisinə 5 sutka inzibati həbs cəzası verilib.//Qafqazinfo

Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı
Azərbaycanlı holdinq direktoru Türkiyədə tutuldu
Qaxda maşın aşdı - 4 yeniyetmə yaralandı
Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Azərbaycan XİN Tbilisidə baş verən partlayışla bağlı başsağlığı verdi
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
Tramp-Putin-Szinpin görüşü - Bəyannamənin tam mətni
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək