"Qarabağ" 1 milyonluq oyunçunu transfer etmək istəyir
Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmağa yaxın olan "Qarabağ" yeni hücumçu ilə güclənəcək.
KONKRET.az Sportinfo.az-a istinadən bildirir ki, hazırda bu mövqeyə iki namizədlə danışıqlar gedir. Onlardan biri "Kolo-Kolo"dan Xordi Tompsondur.
Ağdam təmsilçisi çilili legioneri öncə icarəyə götürmək istəsə də, yerli klub bu təklifi geri çevirib. "Kolo-Kolo" forvardını birdəfəlik satmaq niyyətindədir.
Çilinin U-20 millisinin üzvü ilə "Neftçi" də maraqlanırdı. Lakin bakılılar qiyməti 1 mlyon avro civarında olan gəncə iddiasından son anda əl çəkib.
«Qarabağ» isə bu rəqəmi bir qədər aşağı salmaqla, transferi sentyabrın 5-dək reallaşdırmağa çalışır.
Azərbaycan çempionu bu yay 5 legionerlə anlaşıb. Hamidu Keyta, Juninyo, Patrik Andrade, Andrey Lunyov və Mateus Silva «köhlən atlılar»la münasibətlərini rəsmiləşdirib.

Prezidentin sosial media hesablarında Qırğızıstan səfəri ilə bağlı - Paylaşım
Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı
Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər
Bakıda qardaş kürəyindən bıçaqlandı - Bacı şübhəli bilinir
İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı
Prezidentin sosial şəbəkə hesabında Modi ilə görüşünə dair paylaşım edildi - FOTO
İrem Dericinin nişanlısı saxlanıldı
Heydər Əliyev Mərkəzinin binası üzərinə Özbəkistan bayrağı proyeksiya olunub - FOTO
Unibank bankomat şəbəkəsini yeniləyir
Kənd Təsərrüfatı Nazirliyi ilə "Veysəloğlu" arasında memorandum imzalanacaq – FOTOLAR
Pulunuz evdə gözləməsin, sizə hər gün gəlir gətirsin
Formula 1: yeni tribuna quraşdırıldı
Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
Gecə saatlarında Zəngəzura girdilər – Şad xəbər açıqlandı