"Qarabağ" 25 illik rekordu qırdı, "Neftçi" antirekorda imza atdı

Azərbaycan Premyer Liqasının XXXIII turu çərçivəsində keçirilən "Qarabağ" – "Neftçi" görüşü gözlənildiyi kimi maraqlı hadisələrlə yadda qalıb.
KONKRET.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, "Qarabağ" Premyer Liqanın 2023/24 mövsümündə vurduğu ev qollarının sayını 50-yə çatdırıb. Qurban Qurbanovun komandası buna 33-cü turda nail olub.
"Köhlən atlar" "Neftçi" üzərində 5:0 hesablı qələbə ilə öz meydanındakı qol sayını 50-yə yüksəldib. Bu, klubun tarixində yeni rekorddur. Ağdam təmsilçisi 2021/22 mövsümündə evdə 47 qol vurmuşdu. Bu, həm də Azərbaycan çempionatlarında son 25 ilin rekordudur. Yarışın tarixinin mütləq rekordu isə Sumqayıt "Xəzər"inə məxsusdur. 1992-ci ildə sumqayıtlılar qonaqların qapısından 70 top keçiriblər.
"Neftçi" Premyer Liqasının 2023/24 mövsümündə səfər oyunlarında 23 qol buraxıb. Bu rəqəm 33-cü turun "Qarabağ"la matçından sonra belə yüksək həddə çatıb. Bakı klubu rəqib meydanlarında keçirdiyi 17-ci görüşdə antirekordunu təkrarlayıb. "Neftçi"nin ölkə çempionatları tarixində bir mövsümdə ən çox səfər qolu buraxması 2013/14 mövsümündə qeydə alınmışdı. Həmin vaxt paytaxt klubu indiki kimi 23 top buraxıb. Həmin göstərici 10 ildən sonra təkrarlanıb.
Qeyd edək ki, "Sumqayıt" isə Azərbaycan Premyer Liqasının 2023/24 mövsümündə 12-ci heç-heçəsini edib. "Gənclik şəhəri" təmsilçisi bununla da öz rekordunu təkrarlayıb. Komanda 2015/16 mövsümündə 12 sülhə imza atmışdılar.

İdman       Tarix: 06 may 2024
f Paylaş

Oxşar xəbərlər

Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı

Türkiyə millisi baş məşqçisi Vinçenso Montella ilə yollarını ayırıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb. İtaliyalı mütəxəssis TFF-nin İdarə Heyətinin iclasından sonr

60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-yə məğlub olduqları oyunda (2:4) dubl edərək iki tarixi rekorda imza atıb və Lionel Messinin göstəricilərin

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib

"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı 

Misli Premyer Liqasında VII tura bu gün yekun vurulacaq. xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək. Günün ilk oyununda "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 15:00-d

Futbol dünyasının sərvəti: Ən çox qazanan 10 futbolçu

Kriştiano Ronaldo dünyanın ən çox qazanan futbolçusu olaraq qalır. KONKRET.azxəbər verir ki, "Sportico" portalı 2026/27 mövsümünün yekunlarına əsasən ən çox gəlir əldə edəcək futbolçuların siyahısını hazırlayıb

"Sabah" bu gün "Slaviya" ilə üz-üzə gələcək

"Sabah" komandasnın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. bildirir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionun, saat 20:45-d

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib. xəbər verir ki, bu, "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın "Slaviya" komandasını məğlub etməsi (2:0) sayəsində mümkü

Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi

"Real Madrid" klubunun fransalı hücumçusu Kilian Mbappenin anası və eyni zamanda meneceri olan Fayza Lamari rüşvətvermə şübhəsi ilə Fransa polisi tərəfindən dindirilib. bu barədə "L"Équipe" nəşrin

Məşhur futbolçu 40 yaşında karyerasını bərpa etdi

Futbol üzrə İspaniya millisinin heyətində dünya çempionu olan yarımmüdafiəçi David Silva karyerasını bərpa edib. O, Honkonq Premyer Liqasında çıxış edən "Satxin" klubu ilə müqavilə bağlayıb. KONKRET.azoxuaz-a istinadə


yeni xeberler son xeberler azerbaycan xeberleri ən son xeberler ən son xəbərlər bugün novruz bayramı son xeberler bugun 2026 canli