"Qarabağ" 5 futbolçusu ilə vidalaşacaq

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"a uduzaraq ( 1:6, 2:3) avrokuboklarda çıxışını başa vuran "Qarabağ"ın hansı futbolçularla vidalaşacağı bəllidir.
KONKRET.az fanat.az-a istinadən xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov səviyyənin yüksəldilməsində israrlıdır və bu səbəbdən cari mövsümün sonunda heyətdə köklü dəyişikliklər etməyi planlaşdırır.
Yerli oyunçulardan mərkəz müdafiəçisi Bədavi Hüseynov karyerasını bitirəcəksə, bu mövsüm komandaya fayda verməyən hücumçu Ramil Şeydayevlə müqavilə yenilənməyəcək.
Bir müddət öncə Çinə yollanmağa yaxın olan stopper Bəhlul Mustafazadənin gələcək taleyi hazırda qeyri-müəyyəndir. Zədə səbəbindən məşqlərə qatılmayan milli üzvü yeni çağırışları nəzərdən keçirməkdə, legioner həyatı yaşamaqda maraqlıdır.
Legionerlərə gəlincə, 53 yaşlı mütəxəssis Zaqreb "Dinamo"sundan cari mövsümün sonunadək icarəyə götürülən mərkəz müdafiəçisi Sami Mmayenin və dayaq yarımmüdafiəçisi Kris Kuakunun da komandada qalmasını vacib saymır.
Ağdam təmsilçisi hazırda idman intizamını pozduğu üçün əvəzedici komandaya göndərilən 29 yaşlı mərakeşlinin transfer hüquqlarına yiyələnməyə can atmayacaqsa, arzulanan performansla yadda qalmayan Kuakunun da yayda icarəyə veriləcəyi və ya satılacağı gözlənilir.
Xorvatiya əsilli almaniyalı qapıçı Fabian Buntiçin də yeni "futbol ili"nə "Qarabağ"da başlamaq ehtimalı çox azdır.
Yarımmüdafiəçi Marko Yankoviç və polşalı qolkiper Mateuş Koxalski isə rəsmi təklif gələcəyi halda, satılacaqlar.

İdman       Tarix: 25 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Xankəndi Stadionunun açılışında - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Xankəndi Stadionunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib. xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov dövlət başçısına stadionda yaradılmış şərai

AFFA 10 komandaya texniki məğlubiyyət verdi

AFFA-nın İntizam Komitəsi aşağı yaş qrupları və qadınlar arasında keçirilən liqalarda baş tutmayan, həmçinin qayda pozuntuları qeydə alınan matçlarla bağlı 10 komandaya texniki məğlubiyyət verib.  bildirir ki, bu barədə qurumu

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı

Misli Premyer Liqasında 11-ci tur davam edir. . xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. "Şəfa" "Araz-Naxçıvan"la, "Zirə" isə "Qəbələ" ilə üz-üzə gələcək. Qey

"Qarabağ"da nə baş verir? - Qurban Qurbanov susmadı

"Qarabağ" Misli Premyer Liqasının X turunda səfərdə "Qəbələ" ilə 0:0 hesablı heç-heçə edib. KONKRET.azxəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransınd

"Fənərbaxça" "Liverpul"u məğlub etdi

Futbol üzrə UEFA Çempionlar Liqasının Liqa mərhələsində IV turun növbəti matçları keçirilib. report-a istinadən xəbər verir ki, ikinci oyun günündə daha 9 qarşılaşma baş tutub. "Sabah" səfərdə "Vikinq"i

"Sabah" Norveçdə "Vikinq"lə üz-üzə gəlir

"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxacaq. bildirir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv bu gün Norveçdə "Vikinq"in qonağı olacaq. Qarşılaşm

Batrakovun transfer qiyməti açıqlandı

"Qalatasaray"ın heyətinə qatdığı rusiyalı futbolçu Aleksey Batrakovun mümkün transferi ilə bağlı diqqətçəkən məqam ortaya çıxıb. -a istinadla xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçinin meneceri Vladimir Kuzmiçe

FIFA U-15: millimiz sonuncu matçına çıxacaq

Azərbaycan millisi FIFA U-15 dünya çempionatı və festivalında bu gün sonuncu matçına çıxacaq. bildirir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv Əfqanıstan millisi ilə (83-cü yer uğrunda) qarşılaşacaq. Görüş Hövsa

"Real" Mbappeyə görə Çin xalqından üzr istədi

İspaniyanın "Real Madrid" futbol klubu fransalı hücumçusu Kilian Mbappenin söylədiyi fikirlərlə bağlı baş verən hadisəyə görə Çin xalqından üzr istəyib. xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məluma


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxabar az cəbhədən son vəziyyət en son xeber xəbər az