"Qarabağ" 9-cu dəfə Azərbaycan çempionu OLDU
"Qarabağ" futbol klubu Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümün qalibi olub.
KONKRET.az-ın məlumatına görə, "köhlən atlar" XXV turda evdə "Sabah"la 1:1 hesablı heç-heçə edərək, sona 3 tur qalmış 9-cu çempionluğunu rəsmiləşdirib.
Hesabı 47-ci dəqiqədə Kadi Borges açıb. 59-cu dəqiqədə qırmızı vərəqə alan Patrik Andrade Ağdam klubunu azlıqda qoyub. Bundan maksimum yararlanan qonaqlar 1 dəqiqə sonra cərimə zərbəsindən tarazlığı bərpa ediblər. Kristian Silva fərqlənərək, yekun hesabı müəyyənləşdirib.
Bu nəticədən sonra xallarını 59-a çatdıran "Qarabağ" ən yaxın izləyicisi "Neftçi"ni 12 xal qabaqlayır. Qurban Qurbanovun baş məşqçi olduğu kollektivin ehtiyatda daha bir oyunu var. "Sabah" isə 36 xalla 4-cü pillədəki mövqeyini qoruyub.
Qeyd edək ki, turun açılış matçında "Şamaxı" evdə "Səbail"lə qolsuz heç-heçə edib. Tura mayın 4-də keçiriləcək "Zirə" – "Qəbələ" və "Sumqayıt" – "Neftçi" görüşləri ilə yekun vurulacaq.
Turlar.az [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu