"Qarabağ" Bakıda "Marsel"i qəbul edəcək
Bu gün Konfrans Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək.
KONKRET.az xəbər verir ki, avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi "Qarabağ" da növbəti sınağına çıxacaq.Ağdam klubu Fransa "Marsel"i ilə üz-üzə gələcək. Ötən həftə "Velodrom"da 1:3 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri revanş almağa çalışacaq.
Təmsilçimiz 1/8 finala yüksəlmək üçün ya 3 top fərqilə qalib gəlməli, ya da 2 top üstünlüyündən sonra penaltilər seriyasında qələbə qazanmalıdır. Tofiq Bəhramov adına Respublika stadionunda doğma azarkeşlər önünə çıxacaq "Qarabağ" evdəki məğlubiyyətsizlik seriyasını davam etdirməklə mərhələ keçməyə çalışacaq.
Qeyd edək ki, 1/8 final mərhələsinin püşkatması sabah keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Konfrans Liqası
Pley-off, cavab oyunu
24 fevral
21:45. "Qarabağ" (Azərbaycan) – "Marsel" (Fransa)
Baş hakim: Bartoş Frankovski (Polşa)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 1:3

Hikmət Hacıyevdən Turala diplomatiya və media dərsi - Hacıbəy Heydərli yazır
Salyandakı qəzada ölənlərin FOTOLARI
"Bu səfərlərin çox böyük siyasi mənası var
Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat aldı
Rusiyanın Zaporojye AES-lə bağlı planları belə pozuldu
ABŞ İrana qarşı zərbə dalğasının başa çatdığını açıqladı
Gürcüstanda 3,3 maqnitudalı zəlzələ oldu
Bir və "UnionPay" tərəfdaşlığı ilə Azərbaycanda beynəlxalq ödəniş imkanları genişlənir
Bakıda oteldən 10 min manatlıq oğurluq edən şəxs saxlanıldı
"Euronews" İlham Əliyevin Almaniyaya səfərindən yazdı
Neft bahalaşacaq
ÇL: "Sabah" "KuPS"a qarşı
Keçmiş müdafiə naziri Fedorovun prezidentlik iddiaları - ŞOK DETALLAR bilindi
Trampdan İrandan olan hücumla bağlı sərt açıqlama
Nigar Fərhad haradadır?