"Qarabağ" bu gün çempion ola bilər
Azərbaycan Premyer Liqasında 32-ci turun oyunları keçirilir.
KONKRET.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.
Öncə "Səbail"lə "Araz-Naxçıvan" üz-üzə gələcəklər. Günün daha çox maraq doğuran oyununda isə "Sabah" lider "Qarabağ"ı qəbul edəcək.
76 xalla turnir cədvəlinə başçılıq edən Ağdam təmsilçisi bu oyunda məğlub olmayacağı təqdirdə qızıl medalları vaxtından əvvəl özü üçün təmin edəcək.
Daha öncə keçirilmiş "Turan Tovuz" – "Şamaxı" matçında qalib müəyyənləşməyib (1:1), "Kəpəz" isə "Zirə"yə uduzub – 0:1. Tura sabah keçiriləcək "Sumqayıt" – "Neftçi" oyunu ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
32-ci tur
27 aprel
"Səbail" – "Araz-Naxçıvan"
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Elvin Bayramov.
"ASCO Arena", 17:30.
"Sabah" – "Qarabağ"
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əli Əliyev
"Bank Respublika Arena", 20:00.

Yekun bəyanat qəbul edildi
Almaniya XİN başçısından Azərbaycanla bağlı açıqlama
Ermənistan Azərbaycan və Türkiyə sisteminə QOŞULUR - Paşinyan yeni planını AÇIQLADI
Şəkidə 4 yaşlı qıza it hücum edib - Xəsarət yetirdi
Trampın İran planı üzə çıxdı - TƏCİLİ
"Aquşa" ilə bağlı xoşagəlməz fakt - XƏBƏRDARLIQ
Şəmkirdə vəzifəli şəxs öldü
Məktəbdə həyəcanlı anlar: Uşaqlar helikopterlə xəstəxanaya çatdırıldı
İranda növbəti dəfə zəlzələ olub, Naxçıvanda da hiss edilib
Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi
İcarəyə götürdüyü avtomobillə yol kənarındakı piyadanı vurdu
Əməkdar müəllim vəfat etdi
38 yaşlı aktyor faciəli şəkildə həyatını itirdi
Tanınmış həkim həbs olundu
Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib