"Qarabağ" bunu etsə, pley-offu keçəcək - Mircavadov

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ" və Xorvatiyanın "Dinamo" komandaları üz-üzə gəlib. Zaqrebdə yerləşən "Maksimir" stadionunda keçirilən qarşılaşma rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Dinamo"nun heyətində Marko Pyasa və Sandro Kulenoviç (2 qol) fərqləniblər. Komandalar arasında cavab görüşü avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
KONKRET.az xəbər verir ki, oyunu  şərh edən futbol mütəxəssisi Ağasəlim Mircavadov bildirib ki, dünənki qarşılamada "Qarabağ" oynayıb, "Dinamo" isə qalib gəlib:
"Mən hələ heç bir Avropa Klublarının bir-biri ilə oynayıb bu qədər qol vəziyyəti yaratdığına və ondan istifadə etmədiyinə şahidlik etməmişəm. Dünən "Qarabağ" yenə də öz oyununu oynayırdı. Bu, sevindirici haldır. Amma qol vəziyyətlərindən istifadə edə bilməyəndə səhvlər də olur. Rəqib birinci və ikinci qolları sol və sağ cinahdakı pozisiya səhvlərimizdən istifadə edərək vurdu. Deməzdim ki, "Dinamo" klubu çox güclü komandadır . Mən deyərdim ki, ortabab, işləyən klubdur. Dünən rəqibin kapitanı Petroviçin oyunda hərəkətləri az idi. Oyun zamanı "Qarabağ" onlara imkan vermirdi. Oyuna baxmayıb hesabı bilən insanlar elə başa düşərlər ki, rəqib böyük üstünlüyə malikdir. Xeyr, belə deyil. Mən deyərdim ki, "Qarabağ" qol vəziyyətlərinə, oyun prinsiplərinə görə daha üstün idi. Sadəcə olaraq, Avropa Klubları ilə onyayan komandalarla qarşılaşanda imkan dərəcəsində qol vəziyyətlərindən istifadə etməlisən. 3:0 hesabı böyük fərqdir. Amma onlar yenə də eyni tərzdə, yəni müdafiədə oynayacaqlar. Mən rəqibin öz meydanında pressinq etməməsinə məəttəl qaldım. Bu da "Qarabağ" üçün əlverişli idi. Həmin oyun 1 həftədən sonra təkrarlanacaq".
Ağasəlim Mircavadzadə cavab qarşılaşmasında "Qarabağ"ın qalib gələcəyinə inandığını söyləyib:
"Şans həmişə var. Düşünürəm ki, cavab qarşılaşmasında oyunu hər 15 dəqiqəyə bölmək lazımdır. Əsas birinci 15 dəqiqədə imkan daxilində vəziyyət yaradıb qol vurmaq lazımdır. Qol vurduqda onlar ümidlə açılacaqlar. İkinci qol vurduqda, aydın məsələdir ki, rəqib hücuma keçəcək və boşluqlar olacaq. Həmin boşluqlardan istifadə etmək lazımdır. Hazırda məşqçi korpusu öz işini bilir. Növbəti qarşılaşmada da eyni tərz oyun olacaq. Birinci azerkeş inanmalı və stadiona gəlməli, 12-ci oyunçu olmalıdır. Oyunçular öz işlərini görəcəklər. Mənim qələbəyə inamım var"./Modern.az

İdman       Tarix: 22 avqust 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Barselona" rekord qırdı

"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Barselona" cari mövsümdə qazandığı nəticələrlə diqqət çəkib. xəbər verir ki, Kataloniya klubunun rəsmi saytının məlumatın

Ronaldo millidən uzaqlaşdırılıb

Kriştiano Ronaldo Portuqaliya millisinin oyunlarından müvəqqəti kənarlaşdırılıb. xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. Buna hücumçunun baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişə fonunda komandanı

"Sabah" "Slaviya"ya qarşı... - Canlı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda bu gün keçiriləcək "Sabah" – "Slaviya" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 20:45-də başlayacaq matça aşağıdakı tərkibd

Futbol dünyasının sərvəti: Ən çox qazanan 10 futbolçu

Kriştiano Ronaldo dünyanın ən çox qazanan futbolçusu olaraq qalır. KONKRET.azxəbər verir ki, "Sportico" portalı 2026/27 mövsümünün yekunlarına əsasən ən çox gəlir əldə edəcək futbolçuların siyahısını hazırlayıb

"Sabah" bu gün "Slaviya" ilə üz-üzə gələcək

"Sabah" komandasnın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. bildirir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionun, saat 20:45-d

"Oyun bir qədər çirkin alındı" - Dambrauskas

Bu gün Misli Premyer Liqasının VII turu çərçivəsində keçirilən "Neftçi" -"Sabah" matçı qolsuz bərabərliklə başa çatıb. xəbər verir ki, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Neftçi"

"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov

"Şamaxı"nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 7-ci turunda "Zirə" ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib. xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbua

"Şamaxı" "Zirə"yə, "Sumqayıt" "Qəbələ"yə qarşı

Misli Premyer Liqasında VII tur bu gün keçiriləcək iki qarşılaşma ilə davam edəcək. xəbər verir ki, ikinci oyun günündə əvvəlcə Zirə İdman Kompleksinin stadionunda saat 17:00-da "Zirə" və "Şamaxı" komandalar

"Real"ın oyunu azərbaycanlı referiyə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb. AFFA-dan -a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) – "Real Madrid" (İspaniya) oyunun


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbər.az cəbhədən son xeber xeber xəbərlər.com