"Qarabağ" Çempionlar Liqasının 3-cü mərhələsində - VİDEO

"Qarabağ" növbəti avrokubok oyununu keçirib.
KONKRET.az xəbər verir ki, Ağdam təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşünə çıxıb.
"Sürix"lə İsveçrədəki görüş Qurban Qurbanovun yetirmələri üçün uğursuz başlayıb. Azərbaycan çempionunun kapitanı Maksim Medvedev erkən avtoqol müəllifi olub.
Buraxılan qoldan sonra rəqib qapısına hücumlar edən "Qarabağ" istəyinə ikinci hissənin əvvəlində çatıb. Rəqibin kobud səhvindən yararlanan Kadi Borqes meydan sahiblərini məyus edib.
Təmsilçimiz iki oyunun cəmindəki üstünlüyünü matçın uzatma dəqiqələrində əldən verib. Final fitinə 2 dəqiqə qalmış buraxılan top oyunu əlavə vaxta aparıb.
Birinci əlavə hissənin ortalarında "Qarabağ" bərabərlik qolunu vurub. Ovusu Kvabena İsveçrədə yenidən tarazlıq yaradıb – 2:2.
Bu, "Qarabağ"ın yeni mövsümdə ilk heç-heçəsi olub. Səfərdə əldə olunan bərabərlik Azərbaycan çempionunu III təsnifat mərhələsinə daşıyıb. Ötən həftə Bakıda 3:2 hesabı ilə qalib gələn Ağdam təmsilçisinin növbəti rəqibi bu gün keçirilən "Ferensvaroş" – "Slovan" duelində bəlli olacaq.
Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları avqustun 2-3-də və 9-da keçiriləcək.

İdman       Tarix: 28 iyul 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

ÇL: Bu gün daha 9 oyun var

Bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində II turun son oyunları keçirilir. KONKRET.azxəbər verir ki, turun ikinci oyun günündə də futbol azarkeşlərini maraqlı qarşılaşmalar gözləyir. 21 oktyabr

Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi

Fransa Liqa 1-də keçirilməsi planlaşdırılan "Tuluza" – "Trua" oyununun vaxtı dəyişdirilib. KONKRET.azxəbər verir ki, buna ölkədə keçirilən etiraz aksiyaları səbəb olub. Daha əvvəl oktyabrın 24-də keçirilməs

"Şamaxı" "Zirə"yə, "Sumqayıt" "Qəbələ"yə qarşı

Misli Premyer Liqasında VII tur bu gün keçiriləcək iki qarşılaşma ilə davam edəcək. xəbər verir ki, ikinci oyun günündə əvvəlcə Zirə İdman Kompleksinin stadionunda saat 17:00-da "Zirə" və "Şamaxı" komandalar

"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov

"Şamaxı"nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 7-ci turunda "Zirə" ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib. xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbua

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq

Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı

Türkiyə millisi baş məşqçisi Vinçenso Montella ilə yollarını ayırıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb. İtaliyalı mütəxəssis TFF-nin İdarə Heyətinin iclasından sonr

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib. xəbər verir ki, bu, "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın "Slaviya" komandasını məğlub etməsi (2:0) sayəsində mümkü

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. KONKRET.azxəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqre

İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada

FIFA prezidenti Canni İnfantino, U-15 dünya çempionatı və turnirinin Təşkilat Komitəsinin sədri Samir Şərifov və AFFA prezidenti Rövşən Nəcəf mundialın ilk oyun günü çərçivəsində Hövsan Yarış Kompleksini ziyarət ediblər


yeni xeberler azerbaycan xeberleri son xeberler oxu.az xeberler xeber.az bu gun bu gune olan xeberler xəbərlər