"Qarabağ" - "Dinamo"ya məğlub OLDU

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Qarabağ" səfərdə "Dinamo"nun (Zaqreb, Xorvatiya) qonağı olub.
KONKRET.az xəbər verir ki, "Maksimir" stadionunda keçirilən matçda meydan sahibləri 3:0 hesablı qələbə qazanıb.
Görüşdə hesabı 29-cu dəqiqədə Marko Pyaça açıb. 75-ci dəqiqədə Sandro Kulenoviç fərqi iki topa çatdırıb. 5 dəqiqə sonra daha bir qol vuran Kulenoviç dubl müəllifi olmaqla görüşdə yekun hesabı müəyyənləşdirib.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 28-də Bakıda baş tutacaq.
00:48
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Dinamo" (Zaqreb, Xorvatiya) – "Qarabağ" matçında üçüncü qol vurulub.
KONKRET.az xəbər verir ki, tərəflər arasında "Maksimir" stadionunda keçirilən ilk oyunda ev sahibləri növbəti dəfə qol sevinci yaşayıb – 3:0.
80-ci dəqiqədə Sandro Kulenoviç dubl müəllifi olub.
00:42
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Dinamo" (Zaqreb, Xorvatiya) – "Qarabağ" matçında ikinci qol vurulub.
KONKRET.az xəbər verir ki, tərəflər arasında "Maksimir" stadionunda keçirilən ilk oyunda ev sahibləri növbəti dəfə qol sevinci yaşayıb – 2:0.
75-ci dəqiqədə Sandro Kulenoviç fərqlənib.
00:10
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində "Dinamo" (Zaqreb, Xorvatiya) – "Qarabağ" matçında ilk hissə yekunlaşıb.
KONKRET.az xəbər verir ki, "Maksimir" stadionundakı oyunda ev sahibləri fasiləyə öndə yollanıb – 1:0.
29-cu dəqiqədə Marko Pyaça fərqlənib.
23:32
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində davam edən "Dinamo" (Zaqreb, Xorvatiya) – "Qarabağ" matçında hesab açılıb.
KONKRET.az xəbər verir ki, "Maksimir" stadionundakı oyunda ev sahibləri hesabda önə çıxıb – 1:0.
29-cu dəqiqədə Marko Pyaça fərqlənib.
23:00
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində "Dinamo" (Zaqreb, Xorvatiya) – "Qarabağ" matçı start götürüb.
KONKRET.az xəbər verir ki, qarşılaşma "Maksimir" stadionunda keçirilir.
Matçı isveçli baş hakim Qlenn Nyuberq idarə edir.
19:28
Bu gün UEFA Çempionlar Liqasında pley-offun oyunlarına start veriləcək.
KONKRET.azxəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" da səfərdə ilk oyununa çıxacaq.
Qurban Qurbanovun komandası Xorvatiyada Zaqreb "Dinamo"su ilə üz-üzə gələcək.
"Maksimir" stadionunda keçiriləcək qarşılama saat 23:00-da start götürəcək.
Qeyd edək ki, cavab oyunu avqustun 28-i Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də baş tutacaq.
Çempionlar Liqası
Pley-off, ilk oyun
20 avqust
23:00. "Dinamo" – "Qarabağ"
Baş hakim: Qlenn Nyuberq
Baş hakimin köməkçiləri: Mahbod Beiqi, Andreas Söderkvist
Dördüncü hakim: Adam Ladebek
VAR hakimləri: Bastian Dankert və Yohann Pfeifer
UEFA nümayəndəsi: Filip Popovski
"Maksimir" stadionu

İdman       Tarix: 21 avqust 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

"Barselona" rekord qırdı

"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Barselona" cari mövsümdə qazandığı nəticələrlə diqqət çəkib. xəbər verir ki, Kataloniya klubunun rəsmi saytının məlumatın

Ronaldo millidən uzaqlaşdırılıb

Kriştiano Ronaldo Portuqaliya millisinin oyunlarından müvəqqəti kənarlaşdırılıb. xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. Buna hücumçunun baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişə fonunda komandanı

"Sabah" "Slaviya"ya qarşı... - Canlı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda bu gün keçiriləcək "Sabah" – "Slaviya" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 20:45-də başlayacaq matça aşağıdakı tərkibd

Futbol dünyasının sərvəti: Ən çox qazanan 10 futbolçu

Kriştiano Ronaldo dünyanın ən çox qazanan futbolçusu olaraq qalır. KONKRET.azxəbər verir ki, "Sportico" portalı 2026/27 mövsümünün yekunlarına əsasən ən çox gəlir əldə edəcək futbolçuların siyahısını hazırlayıb

"Sabah" bu gün "Slaviya" ilə üz-üzə gələcək

"Sabah" komandasnın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. bildirir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionun, saat 20:45-d

"Oyun bir qədər çirkin alındı" - Dambrauskas

Bu gün Misli Premyer Liqasının VII turu çərçivəsində keçirilən "Neftçi" -"Sabah" matçı qolsuz bərabərliklə başa çatıb. xəbər verir ki, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Neftçi"

"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov

"Şamaxı"nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 7-ci turunda "Zirə" ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib. xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbua

"Şamaxı" "Zirə"yə, "Sumqayıt" "Qəbələ"yə qarşı

Misli Premyer Liqasında VII tur bu gün keçiriləcək iki qarşılaşma ilə davam edəcək. xəbər verir ki, ikinci oyun günündə əvvəlcə Zirə İdman Kompleksinin stadionunda saat 17:00-da "Zirə" və "Şamaxı" komandalar

"Real"ın oyunu azərbaycanlı referiyə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb. AFFA-dan -a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) – "Real Madrid" (İspaniya) oyunun


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbər.az cəbhədən son xeber xeber xəbərlər.com