""Qarabağ" karyeram üçün mükəmməl klubdur" - Xorvatiyalı qapıçı
"Qarabağ" karyeram üçün mükəmməl klubdur".
KONKRET.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın qapıçısı Fabiyan Buntiç klubun rəsmi saytına açıqlamasında deyib.
Bu yay transfer edilən qolkiper bu komandada keyfiyyətin yüksək olduğunu bildirib: "Kollektivi çox bəyənirəm və burada xoşbəxtəm. Klubda çalışanlar gözəl iş görürlər. Ötən mövsümdəki uğurlu nəticələr bundan xəbər verir. Mən də bu kollektivin bir parçası olmaq istəyirəm. Yeni komanda yoldaşlarım əladır. Bir neçə dil bildiyim üçün onların çoxu ilə ünsiyyət qururam. Bu klubla hər şey uğrunda mübarizə aparmaq olar. Biz hələ yeni mövsümün başlanğıcındayıq və qarşıdakı müddətdə inkişaf etməliyik. Oyunların startını səbirsizliklə gözləyirəm. Yüz faiz səy göstərməliyik. Bakı çox gözəl şəhərdir, inkişaf edir. Müxtəlif mədəniyyətləri sevirəm. Bura mənim üçün gözəl yerdir. Çox xoşbəxtəm və inanıram ki, gələcəkdə də eyni hisslərlə davam edəcəyik".
Xorvatiyalı qapıçı Avstriyada təşkil olunan təlim-məşq toplanışı, həmçinin Almaniyanın "Kayzerslautern" və Çexiyanın "Viktoriya" (Plzen) klubları ilə yoxlama oyunları barədə fikirlərini bölüşüb: "Avstriyada çox yaxşı təlim-məşq toplanışı keçirik. Yeni mövsümə tam heyətlə hazırlaşırıq. Bu, mənim üçün bir fürsətdir ki, yeni gəldiyim komandaya və oyun sisteminə tam bələd olum. Özümü burada yaxşı hiss edirəm. Hər gün komandaya daha da uyğunlaşıram. Toplanış çərçivəsində artıq iki oyun keçirmişik. İlk matçı isti hava şəraitində oynadıq. Bu, daha çox fiziki hazırlığın önə çıxdığı qarşılaşma idi. "Kayzerslautern"lə görüşdə iştirak etməsəm də, "Viktoriya" ilə qarşılaşmada şans qazandım. Oyun bizim üçün yaxşı keçdi, qollar vura bildik və qələbə qazandıq. Əgər yavaş-yavaş, amma əmin addımlarla davam etsək, növbəti oyunlarda uğurlu nəticələrə ümid edə bilərik".
Qeyd edək ki, "Qarabağ" Fabiyan Buntiçlə 3 illik müqavilə imzalayıb.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?
Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu
Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
Masazırda ağır qəza: ölən var
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Roma imperiyasının süqutundan müasir Avropaya: Tarix həqiqətən təkrarlanırmı?
Prezident qızları bir arada - Foto
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Uitkoff Sankt-Peterburqa gəldi
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
Mariya Şarapova Bakıya gəlir