"Qarabağ" Mbappenin əvəzedicisini gətirdi
"Qarabağ"ın heyətinə qatdığı yeni oyunçunun adı bəllidir. Ağdamlılar yayda anlaşa bilmədiyi Adama Diakabinin transferini indi rəsmiləşdirir.
KONKRET.az Futbolinfo.az-a istinadən xəbər verir ki, Türkiyədə hazırlıq keçən "Qarabağ"ın düşərgəsində olan futbolçu məşqlərə qatılır. Tezliklə onunla rəsmi müqavilə bağlanacaq. Müqavilənin dəyəri, müddəti və s. detallar hələ dəqiqləşməyib.
Fransa gənclər millisində 4 oyuna çıxmış solaxaq vinger Seneqal əsillidir. Ayaççoda doğulmuş 26 yaşlı Adama "Qarabağ"a azad agent kimi gəlib.
"Kan" yetirməsi peşəkar futbola "Renn"də başlayıb. Bu klub 2017-ci ildə onu "Monako"ya 10 milyon avroya satıb. O zaman Diakabiyə PSJ-yə keçən Kilian Mbappenin əvəzedicisi gözüylə baxılırdı. Maraqlıdı ki, bir il sonra "Knyazlıq klubu" da onu 10 milyon avro qarşılığında "Haddersfild"ə buraxmağa razı oldu. İngiltərə klubu 2020-ci ildə onu "Nottingem Forest"ə, iki il sonra "Amyen"ə icarəyə vermişdi.
2022-ci ilin iyulundan klubsuz olan Adama həmin vaxt "Qarabağ"a gəlməkdən imtina etmişdi. İndi isə fransalının razılığını almaq mümkün olub.
Bu, "Qarabağ"ın Fransa 2-ci liqasından aldığı ilk oyunçu deyil. Abdullah Zubir də ölkəmizə "Lans"dan gəlmişdi.

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Misofoniyadan əziyyət çəkənlər harada müalicə ala bilər? – ARAŞDIRMA