"Qarabağ" niyə hücumçu almadı? – Gözəldən açıqlama
"Qarabağ"ın prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının əsas mərhələ oyunları üçün yeni hücumçu transfer etməməsinin səbəbini açıqlayıb.
KONKRET.az teleqraf-a istinadən xəbər verir ki, klub rəsmisi bunun maliyyə ilə bağlı olduğunu bildirib.
"Bir milyon dəyəri olan oyunçuya dəyərindən artıq pul ödəsək, klub bir neçə ilə müflis olar. Qurban Qurbanov oyunçulara heç vaxt dəyərindən artıq pul ödənilməsinə razı olmur. Heyətdəki futbolçulara bu dəqiqə on beş milyon təklif gəlsə, buraxmarıq. Qurban hoca onun əvəzinə ayrı-ayrı mövqelərə üç nəfər fərqli oyunçu gətirməyi daha məqsədəuyğun hesab edir.
Mən Musama, Nərimanıma inanıram. Toral Bayramovun ötən il "Budo-Qlimt"ə vurduğu qol məni valeh etdi. Ötən dəfə Musa Qurbanlının "Ferentsvaroş"a meydana girən kimi vurduğu qol da mənə ləzzət etdi. İnanıram ki, bu mövsüm belə qollar yenə görəcəyik" – Tahir Gözəl deyib.
Qeyd edək ki, "Qarabağ" Andre Klovis Olavio Juninyo və Sambo Sumano kimi oyunçularla danışıqlar aparsa da, transferlər baş tutmayıb.
Turlar.az [newsid: 0-123300]

Bakının əsas prospekti buna görə iflic oldu
Paşinyan Azərbaycandan bu ərazini istədi – Əvəzində təklif edir ki…
Paşinyan anklavlarla bağlı yeni təklif verdi - Detallar
Tanınmış reperi həbsxanada döydülər
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu
Konfrans Liqası: I turun oyunlarına start verilir
Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var
Bakıda 20 yaşlı oğlanı bıçaqladılar
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Zelenski Brüsselə getdi - Onlarla görüşəcək
Nazirlər Kabineti 'Azərişıq' və 'Azərenerji' ilə bağlı qaydada dəyişiklik edib
Teleqramda bu da mümkün olacaq
Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub
Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək