"Qarabağ" - "Qalatasaray" oyunundan əvvəl şou-proqram olmayacaq - SƏBƏB
"Qarabağ" və "Qalatasaray" arasında martın 26-da keçiriləcək yoldaşlıq görüşündən öncə Bakı Olimpiya Stadionunda (BOS) heç bir şou proqram təşkil olunmayacaq.
KONKRET.az xəbər verir ki, bu barədə BOS-un İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Fərid Əsədzadə məlumat verib.
Onun sözlərinə görə, belə bir tədbirin təşkili əlavə maliyyə vəsaiti tələb edir:
"Bildiyiniz kimi, oyun xeyriyyə məqsədi daşıyır və bilet satışından əldə olunan gəlir Türkiyədə zəlzələdən əziyyət çəkmiş insanlara ianə ediləcək.
Şou proqramın təşkili böyük məbləğ istəyir. Səhnənin quraşdırılması, müğənnilərə ödəniləcək qonorar və digər məsələlər var.
Ona xərc çəkməkdənsə, həmin pulu zəlzələdə ailəsini, ev-eşiyini itirmiş şəxslərə göndərmək daha düzgündür.
Oyunun özü onu izləməyə gələcək onminlərlə azarkeş üçün ən böyük əyləncədir".
Turlar.az [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi