"Qarabağ" qalib gəlsə, futbolçular nə qədər pul alacaq?
"Qarabağ" bu gün Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına çıxacaq.
KONKRET.az publika.az-a istinadla xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İspaniyada "Atletik"lə üz-üzə gələcək.
Azərbaycan çempionu səfərdə qələbə qazanarsa, futbolçularına böyük miqdarda mükafat verəcək. Məbləğ 110-120 min manatdan başlayır. Bu, əsas heyətdə meydana çıxacaq oyunçulara çatacaq vəsaitdir. 1 xal əldə olunarsa, göstərilən rəqəmin yarısı qədər pul əldə edəcəklər.
Azərbaycan çempionu 1-ci turda Portuqaliyada "Benfika"nı 3:2 hesabı ilə üstələyib. "Köhlən atlar" daha sonra Bakıda Danimarka təmsilçisi "Kopenhagen"ə qalib gəlib – 2:0. Ağdam təmsilçisi Portuqaliya səfərində qeydə alınan nəticəyə görə futbolçuların hər birinə 100 min manatın üstündə mükafat ödəyib. "Kopenhagen" üzərində qələbə isə onları 80 min manat civarında irəli salıb.
Qeyd edək ki, "Atletik" – "Qarabağ" qarşılaşması "San Mames" stadionunda, Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA