"Qarabağ" "Qəbələ"ni böyük hesabla məğlub etdi
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun son oyunu keçirilib.
KONKRET.az-ın məlumatına görə, "Azersun Arena"da "Qarabağ" və "Qəbələ" komandaları üz-üzə gəlib. FIFA referisi Elçin Məsiyevin idarə etdiyi görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 5:1.
Matçın əvvəlində qonaqlar ciddi itki ilə üzləşib. Omar Hani epizodların birində ayağından aldığı zərbə üzündən 10-cu dəqiqədə yerini Ülvi İsgəndərova verməli olub. Bundan 8 dəqiqə sonra isə "Qarabağ" hesabı açıb. Braziliyalı yarımmüdafiəçi Kadi Borges cərimə zərbəsindən topu birbaşa rəqib qapısına göndərib.
"Qəbələ" bərabərlik qolunu 40-cı dəqiqədə vurub. Kevin Medina İsnik Alimini yerə yıxdığı üçün Məsiyev "Qarabağ"ın qapısına penalti təyin edib. Alimi bu fürsətdən lazımınca yararlanmağı bacarıb – 1:1. İlk hissə bu hesabla başa çatıb.
Meydan sahibləri ikinci hissədə aşkar üstünlük əldə ediblər. 50-ci dəqiqədə əks-hücum nəticəsində qonaq komandanın müdafiəçisi Murad Musayev və qapıçı Nicat Mehbalıyevin kobud səhvlərindən yararlanan İbrahima Vadji Premyer Liqada 5-ci qolunu vurub.
65-ci dəqiqədə isə künc zərbəsindən sonra Medina fərqi artırıb. Bundan 3 dəqiqə sonra Filip Ozobiç komandasının 4-cü, özünün isə çempionatda 8-ci qolunu vurub. Matçda son nöqtəni isə 89-cu dəqiqədə Abdullah Zubir qoyub. O, Premyer Liqada 7-ci qolunu vurub.
Beləliklə, xallarını 40-a çatdıran "Qarabağ" ilk pillədə möhkəmlənib. Qurban Qurbanovun baş məşqçi olduğu komandanın ehtiyatda "Sumqayıt"la təxirə salınmış oyunu da var. "Qəbələ" isə 32 xalla 3-cü yerdə gedir.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu