"Qarabağ" "Şamaxı"nın qapısına 8 cavabsız qol vurdu
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.
KONKRET.az-ın məlumatına görə, çempionatın lideri "Qarabağ" "Şamaxı" klubunu qəbul edib. "Azersun Arena"dakı qarşılaşma "köhlən atlar"ın 8:0 hesablı qələbəsi ilə başa çatıb. Bu, hələlik cari mövsümün ən böyük hesablı qalibiyyəti olub.
Meydan sahibləri görüşə erkən qolla başlayıb. İbrahima Vadji 8-ci dəqiqədə adını tabloya yazdırıb. Seneqallı hücumçu cəmi 8 dəqiqə sonra dubl edib. Ardınca Filip Ozobiç səhnəyə çıxıb. 20 və 21-ci dəqiqələrdə fərqlənən xorvatiyalı yarımmüdafiəçi fərqi artırıb. Ozobiç qollarının sayını 10-a çatdırıraq bombardirlik yarışında "Zirə"nin gürcüstanlı hücumçusu Davit Volkova çatıb. 30-cu dəqiqədə Vadji het-trikini rəsmiləşdirib. 38-ci dəqiqədə Marko Veşoviç 6-cı topu qonaqların qapısından keçirib. İlk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Kadi Borges Ağdam klubunun 7-ci qoluna imza atıb. Oyunda son nöqtəni isə Musa Qurbanlı qoyub. İkinci yarıda meydana daxil olan 20 yaşlı forvard 49-cu dəqiqədə yekun hesabı müəyyənləşdirib.
Bu qələbədən sonra xallarını 55-ə çatdıran "Qarabağ" liderliyini möhkəmləndirib. 20 xalı olan "Şamaxı" isə 6-cı sırada qərarlaşıb.
Qeyd edək ki, günün ilk oyununda "Qəbələ" evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçə edib. Tura aprelin 16-da keçiriləcək "Zirə" – "Səbail" və "Neftçi" – "Sabah" matçları ilə yekun vurulacaq.

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu