"Qarabağ" səfərdə "Neftçi"ni darmadağın etdi
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulub.
KONKRET.az xəbər verir ki, turun son oyununda "Neftçi" və "Qarabağ" komandaları üz-üzə gəliblər. "Neftçi Arena"da reallaşan ölkə derbisi Ağdam klubunun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 47-ci dəqiqədə qonaqların heyətində Nəriman Axundzadə açıb. Toral Bayramov 60-cı dəqiqədə ikinci topu rəqibin qapısından keçirib. Filip Ozobiç 71-ci dəqiqədə penaltidən fərqi minimuma endirib. Toral Bayramov 90+4-cü dəqiqədə dublunu rəsmiləşdirib. Matçın yekun nəticəsini 90+7-ci dəqiqədə Leandro Andrade müəyyənləşdirib.
Turun əvvəlki oyunlarında "Kəpəz" " Sumqayıt"a 3:1, "Sabah" "Araz-Naxçıvan"a 2:0, "Səbail" "Qəbələ"yə 3:2 hesabı ilə qalib gəlib. "Zirə" – "Turan Tovuz" görüşü isə qollu sülhlə başa çatıb – 1:1.
Qeyd edək ki, bu nəticələrdən sonra xallarını 60-a çatdıran "Qarabağ" turnir cədvəlinə başçılıq edir. "Səbail" 37 xalla 2-ci, "Neftçi" isə 36 xalla üçüncü pillədə qərarlaşıb.

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
Mariya Şarapova Bakıya gəlir
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto