"Qarabağ" tarixi uğurun astanasında - Azərbaycan klubları bunu heç vaxt bacarmayıb
"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində bu gün Xorvatiyanın "Dinamo" komandası ilə qarşılaşacaq. Matça saat 23:00-da start veriləcək.
Bu, Ağdam təmsilçisinin sözügedən turnirin həlledici mərhələsində üçüncü sınağıdır. "Köhlən atlar" ilk dəfə 2017/18 mövsümündə Danimarkanın "Kopenhagen" kollektivi ilə qarşılaşmış və rəqibini üstələyərək qitənin bir nömrəli klub turnirinin qrup mərhələsində çıxış etmək şansı qazanmışdı.
2022/23 mövsümündə isə ikinci dəfə pley-offa yüksəlməyi bacaran komandanın qarşısını Çexiyanın "Viktoriya" (Plzen) kollektivi kəsmişdi.
Qurban Qurbanovun yetirmələrinin üçüncü sınağı isə güclü Xorvatiya "Dinamo"sudur. 1911-ci ildə yaradılan komanda indiyə qədər Azərbaycan təmsilçiləri ilə 4 dəfə üz-üzə gəlib. Buna qədər "Neftçi" və "Xəzər Lənkəran" "Dinamo"ya Çempionlar Liqasında rəqib olub, ancaq heç biri mərhələ adlaya bilməyib. Hər iki təmsilçimiz Azərbaycanda zaqreblilərlə heç-heçə etsə də, səfərdə məğlub olublar.
"Neftçi" Xorvatiyada "Dinamo"ya 0:3, "Xəzər Lənkəran" isə 1:3 hesabıyla uduzub. Ağdam klubu isə indiyə qədər rəsmi matçlarda sözügedən ölkənin təmsilçiləri ilə qarşılaşmayıb.
Kağız üzərində favorit Zaqreb təmsilçisi göstərilir. Komandanın heyətinin ümumi dəyəri 72.8 milyon avrodur. Müqayisə üçün qeyd edək Azərbaycan təmsilçisində bu göstərici 17.9 milyondur. Düzdür, rəqəmlər qalibi müəyyənləşdirmir. Məsələn, heyətinin dəyəri 53 milyon olan "Ludoqorets"in "Qarabağ" tərəfindən darmadağın edilməsi buna sübutdur.
Təmsilçimizin heyətində bəzi problemlər var. Belə ki, Marko Vesoviç və Marko Yankoviç "Dinamo" ilə hər iki oyunu buraxacaqlar. Bu məqamlar komandanın oyununa müəyyən qədər təsir edə bilər. Odur ki, "Qarabağ"ın səfərdə sərfəli nəticə əldə etməsi ikinci oyunda kollektivin şanslarını daha da artıracaq. İndiyə qədər "Braqa", "Bayer" və s. kimi rəqiblərlə oyunlardakı nəticələr gələcəyə ümidli baxmağımıza imkan verir.
Məlik Məlikov,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?
Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu
Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
Masazırda ağır qəza: ölən var
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Roma imperiyasının süqutundan müasir Avropaya: Tarix həqiqətən təkrarlanırmı?
Prezident qızları bir arada - Foto