"Qarabağ" üçün davam, yoxsa tamam? - "Rəqibin bizi məğlub etmək üçün..."

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Bolqarıstanın "Ludoqorets" komandası ilə qarşılaşacaq.
Azərbaycan millisinin sabiq futbolçusu Aslan Kərimov KONKRET.az-a açıqlamasında Ağdam təmsilçisinin fərqli üslübda çıxış etməyəcəyini deyib:

"Düşünürəm ki, komandanın çıxışında hər hansı ciddi dəyişiklik olmayacaq. "Köhlət atlar" dominant oynamağı sevir, topu özündə saxlayıb, qarşılaşmaya nəzarət etməyə çalışacaqlar. Həmçinin komandamızın cinahlardan qol imkanları yaradacağını düşünürəm. Standart vəziyyətlərdə isə effektivliyimizin artacağını gözləyirəm. Matç əsasən bu kompanenetlərin üzərində qurulacaq. Dediyim kimi, "Qarabağ"dan fərqli nəsə gözləmirəm".
Mütəxəssis komandaların şanslarını da dəyərlədirib:
"Bakıdakı oyunda ciddi səhvlər etdiyimizi düşünmürəm. Futbolda hər şey olar, bəzən zəif komanda favoriti məğlub edə bilir. "Qarabağ" rəqibin əks-hücumlarında diqqətli olmalıdır. Onlar həmçinin cinah ötürmələrində də təhlükəlidirlər. Rəqibin bizi məğlub etmək üçün ciddi imkanları yoxdur. Komandamız matçın taleyini əsas vaxtda həll etmək iqtidarındadır. Rəqibin ən təhlükəli oyunçularından olan Bernard Tekpeteyin ayağı qırılıb. Bundan başqa, Caio Vidalın da qırmızı vərəqə alması bizim işimizə yarayan amillərdəndir. Bütün bu məqamlar bizim üstünlüyümüzdür. Qalib gəlmək şanslarımız daha real görünür".
Bu gün keçiriləcək "Ludoqorets" – "Qarabağ" oyunu saat 22:00-da başlayacaq. Komandalar arasındakı ilk matçda bolqarlar qələbə qazanıb – 2:1.
Məlik Məlikov,
KONKRET.az

İdman       Tarix: 13 avqust 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Əfsanəvi ispan 40 yaşında futbola qayıtdı

Keçmiş dünya və Avropa çempionu "Şatin" klubu ilə qısamüddətli müqavilə imzalayaraq Honkonqa gedib. İspaniya millisinin keçmiş yarımmüdafiəçisi David Silva peşəkar futbola qayıtmaq və karyerasını davam etdirmə

Eşitmə məhdudiyyətli idmançımızdan yunan-Roma kubokunda mühüm qələbə

Belarusda eşitmə məhdudiyyətli kişilər arasında yunan-Roma və sərbəst güləş üzrə keçirilən Açıq Kubokda Azərbaycan idmançısı Qəmbər Türbətzadə bürünc medal qazanıb. xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan güləşçimi

Konfrans Liqası: bu gün 18 oyun var

UEFA Konfrans Liqasında Liqa mərhələsinin II turunun oyunlarına bu gün start veriləcək. xəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu evdə Şotlandiyanın "Harts" komandası ilə üz-üzə gələcək. UEFA Konfran

"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı 

Misli Premyer Liqasında VII tura bu gün yekun vurulacaq. xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək. Günün ilk oyununda "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 15:00-d

"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi

Türkiyə milli komandasının və "Real Madrid" futbol klubunun yarımmüdafiəçisi Arda Güler İspaniya təmsilçsi ilə müqaviləsinin müddətini uzadıb. KONKRET.azxəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Roman

"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"

Hər kəs "Sabah" komandasından "Slaviya" ilə qarşılaşmada qələbə gözləyir. KONKRET.azxəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsind

Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı

Türkiyə millisi baş məşqçisi Vinçenso Montella ilə yollarını ayırıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb. İtaliyalı mütəxəssis TFF-nin İdarə Heyətinin iclasından sonr

"Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb. -ın məlumatına görə, komandalar meydana aşağıdak

"Real"ın oyunu azərbaycanlı referiyə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb. AFFA-dan -a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) – "Real Madrid" (İspaniya) oyunun


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən ən son xəbərlər bu gunun xeberleri cəbhədən video son xeberler bu gun