"Qarabağ" xal İTİRDİ
Bu gün Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub.
KONKRET.az xəbər verir ki, ikinci oyun günündə daha iki matç baş tutub.
İlk olaraq autsayder "Səbail"lə medallar uğrunda mübarizə aparan "Zirə" birincilərin meydanında üz-üzə gəlib. Bir gün əvvəl əsas rəqibləri "Qəbələ" və "Neftçi"nin qələbə qazanması "Zirə"ni də eyni nəticəyə vadar edirdi.
Görüşün taleyini bir qol həll edib. Qonaqlar fasilə ərəfəsində vurduğu yeganə top sayəsində qalib gələrək, bir gün əvvəl təhvil verdiyi üçüncü pillədəki mövqeyini geri qaytarıb. "Səbail" isə yenə sonuncu yerdən qurtula bilməyib.
Tur "ASK Arena"da yekunlaşıb. Lider "Qarabağ" aşağı sıralarda qərarlaşan "Keşlə"nin qonağı olub. Fevralın 11-də məhz bu arenada ölkə kuboku çərçivəsində rəqibinə 0:6 hesabı ilə uduzan "Keşlə" revanşı güclü rəqibini büdrətməklə alıb. Ağdam təmsilçisinin qolsuz bərabərə qalması rəqiblərinin bir qədər yaxınlaşmasına şərait yaradıb.
Qeyd edək ki, turun ilk iki oyunu dünən keçirilib. "Neftçi" "Sabah"ı 1:0, "Qəbələ" isə "Sumqayıt"ı 4:0 hesabı ilə məğlub edib.

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu