Qarabağa gəlmiş iranlı dəstə üzvlərinin adları - İran səfirliyinin diqqətinə

Qarabağa gəlmiş iranlı dəstə üzvlərinin adları - İran səfirliyinin diqqətinəArtıq iki gündür 14 nəfər İran vətəndaşının rusiyalı sülhməramlıların müvəqqəti nəzarət etdiyi ərazilərə keçməsi haqda faktlar açıqlanır. Lakin İranın ölkəmizdəki səfirliyi susmaqda davam edir. Dünən gün ərzində səfirliyə edilən zənglər də cavabsız qalıb – iranlı diplomatlar vətəndaşlarının kimliyi və Azərbaycan ərazisinə gizli səfərin məqsədləri haqda danışmaq istəmirlər.
KONKRET.az"Qafqazinfo"ya istinadən xəbər verir ki, noyabrın 24-dən Xankəndidə olan və hələ də oranı tərk etməyən 14 nəfərdən 12-si İranın cənub-qərbindəki İzeh şəhərindəndir. Razılaşın ki, belə təsadüfə inanmaq çətindir. Xüsusilə də İzeh şəhərində İran xüsusi xidmət orqanlarının terror-diversiya üzrə ixtisaslaşan məxfi bazasının yerləşməsi haqda məlumatlar, bu şəxslərin təvəllüdləri (əsasən, 30-40 yaş arası), səfərin məxfiliyi və bir sıra digər məqamlar söhbətin İranın xüsusi xidmət orqanlarının əməkdaşlarından getdiyinə dair ehtimalı bir daha təsdiqləyir.
Daha bir maraqlı məqam bu 14 nəfərin heç birinin hesablarının aşkarlanmamasıdır. İndiki zamanda sosial şəbəkələrdə heç bir izin olmaması çox nadir haldır. Üstəlik, söhbət bir yox, 14 nəfərdən gedir. Bu adamlar hansı məxfi fəaliyyətlə məşğuldurlar ki, sosial şəbəkələrdən uzaqdırlar? Adətən, belə yanaşma hərbçi və ya xüsusi xidmət orqanlarının əməkdaşlarına xas olur.
Digər tərəfdən, Xankəndinə gəlmiş qrup üzvlərinin sənədlərindəki adların saxta olması da mümkündür – kəşfiyyat orqanları üçün bu, adi haldır. Məsələn, İngiltərədə baş vermiş rezonanslı sui-qəsddə olduğu kimi – Sergey Skripalı zəhərləmək üçün bu ölkəyə göndərilmiş Rusiyanın xüsusi xidmət orqanlarının iki əməkdaşı "Petrov" və "Boşirov" adlarının saxta olduğu yaxşı məlumdur.
Odur ki, biz tam əmin deyilik ki, indi açıqladığımız ad və soyadlar saxta deyil. Amma istənilən halda, 7 gün əvvəl rusiyalı sülhməramlıların Xankəndinə buraxdıqları İran vətəndaşları Qarabağa məhz bu adlarla keçiblər:
Mohmadi Vahab Mehralı
Heidari Abdollah Alah Rahm
Mohmadi Daryoosh Avaz
Amiritolmarani Elsa Mohammad
Salahshouri Dourakı Farzad Nader
Mohmadi Aref Hossein
Almasian Nezhad Ebrahim Mohammad
Mohmadi Abdollah Mehr Ali
Mohmadi Nasrolah Mehr Ali
Safari Hossein Hatam
Kouravand Takht Sabzı Alı Shir Hossein
Mohmedi Omid Mehr Ali
Mohammadı Mokhtar Bar Ahmad
Salahshouri Dourakı Keramat Nader
Nəhayət, həmin şəxslərdən bəzilərinin fotolarını da təqdim edirik və ümidvarıq ki, İran səfirliyi axır ki, öz vətəndaşlarına sahib çıxıb susqunluğa son verəcək.

Hadisə       Tarix: 03 dekabr 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Goranboyda "Changan" kişini vurub öldürdü

Goranboyda piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "Changan" markalı mini

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 11:27-də, 3.5 maqnitudada qeyd

Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü

Bakıda iki avtomobilin toqquşması yolun kənarı ilə gedən piyadanın ölümünə səbəb olub. KONKRET.azÖlkə.az-a istinadla xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Qəsəbə ərazisində iki avtomobil toqquşub

Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi

Paytaxtın Xətai rayonunda kafelərin birində "Ceyhun Sabunçu" ləqəbi ilə tanınan Ceyhun Mirağayevin ölümü ilə nəticələnən kütləvi davanın iştirakçıları hakim qarşısına çıxarılıb. -ınəldə etdiyi məlumata görə, ölüml

Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU

Bakıda yeniyetmə oğlan bıçaqlanıb. KONKRET.azxəbər verir ki, 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil

Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Ərəzin kəndi ərazisində üç avtomobilin iştirakı ilə qeydə alınıb. Baş vermi

İmran Əliyevə 12 il iş istənildi

"Məclis.info" saytının rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət iş üzrə məhkəmənin növbəti prosesi keçirilib. xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində haki

Su bidonuna düşən 7 yaşlı uşaq öldü

Şamaxıda bədbəxt hadisə baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Şamaxının Çuxuryurd kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı S.Samıyev yaşadığı Çuxuryurd kəndindəki evin həyətində su ilə dolu olan bidona düşməs

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Xəbər verdiyimiz kimi, iki gün öncə Prezidentin Xankəndi və Ağdərə rayonu üzrə xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən kənarlaşdırılıb. Unikal-a istinadən xəbər verir ki, 6 ay əvvəldən başlayaraq Maliyyə Nazirliyi sözügedə


son xeberler yeni xeberler azerbaycan xeberleri bu gunun xeberleri haqqinda melumat xeberler az son xəbərlər bugün 2026 ən son xəbər