"Qarabağ"a tam heyətlə transfer olunan "Səbail"in baş məşqçisi ilə bağlı MARAQLI FAKT
Uşaq futbolunun tanınmış simalarından olan Ülvi Tanrıverdiyev növbəti mövsümdən etibarən "Qarabağ" Futbol Akademiyasında fəaliyyət göstərəcək.
KONKRET.az-ın əldə etdiyi məlumata görə, peşəkar mütəxəssis əvvəllər futbolçusu olduğu klubla bu günlərdə müqavilə bağlayıb. Müqavilə 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək. O, "Qarabağ"a baş məşqçilik etdiyi "Səbail"in U-12 komandası ilə birlikdə keçid edib.
Baş məşqçinin son iş yeri 2021-ci ildən etibarən "Səbail" Futbol Akademiyası olub. Ülvi Tanrıverdiyevin baş məşqçilik etdiyi "Səbail"in U-12 komandası 2024/25-ci il mövsümündə uğurla çıxış etmişdi. O, uşaq futbolunda sistemli oyun tətbiq edən nadir məşqçilərdən hesab olunur.
Qeyd edək ki, bir neçə gün öncə "Qarabağ" klubu "Səbail"in U-12 aşağı yaş qrupunun komandasını tam heyətlə – bütün oyunçular və məşqçilər daxil olmaqla öz akademiyasına transfer edib. Bu addım Azərbaycan futbol tarixində nadir və önəmli hadisə kimi qiymətləndirilir.
KONKRET.az









Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA