Qarabağda işləmək istəyənlərin nəzərinə! - 480 yeni iş yeri
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarında cari ilin I rübündə 7 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bunlardan 4-ü Ağdam Sənaye Parkının, 3-ü "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.
Agentlikdən Trend-ə bildirilib ki, qeydiyyata alınmış rezidentlər tərəfindən sənaye parklarına 54,2 milyon manat dəyərində investisiyanın yatırılması, 480 iş yerinin yaradılması nəzərdə tutulur.
Qeyd edilib ki, rezidentlər Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarında fibrobeton və polistirolbeton blokların, quru inşaat qarışıqların, sement və beton qatqıların, müxtəlif çeşiddə yapışqan lentlərin, ortopedik matras və yumşaq mebellərin, ayaqqabıların və s. məhsulların istehsalını həyata keçirəcəklər.
Qeyd edək ki, dövlət başçısının müvafiq fərmanlarına əsasən 2021-ci ildə yaradılan Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarında ümumilikdə 31 sahibkarlıq subyektinə rezidentlik, 7 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 38 sahibkarlıq subyekti tərəfindən sənaye parklarına 263 milyon manatdan çox investisiyanın yatırılması, 2500-dən artıq iş yerinin yaradılması planlaşdırılır. / azxeber.com

Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var
Cəbrayılda şirkət işçilərinin yaşadığı tikilidə yanğın oldu