"Qarabağ"ın Avroliqadakı rəqibi müəyyənləşdi
"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.
KONKRET.azxəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində Azərbaycan çempionu Portuqaliya klubu "Braqa"ya rəqib olub.
UEFA Çempionlar Liqasında yer aldığı qrupda üçüncü yeri tutan portuqallarla ilk görüş 2024-cü il fevralın 15-də səfərdə gerçəkləşəcək. Ağdam təmsilçisi fevralın 22-də Bakıda cavab qarşılaşmasına çıxacaq.
Pley-off mərhələsində üz-üzə gələcək cütlər:
"Feyenoord" (Niderland) – "Roma" (İtaliya)
"Milan" (İtaliya) – "Renn" (Fransa)
"Lans" (Fransa) – "Frayburq" (Almaniya)
"Yanq Boyz" (İsveçrə) – "Sportinq" (Portuqaliya)
"Benfika" (Portuqaliya) – "Tuluza" (Fransa)
"Braqa" (Portuqaliya) – "Qarabağ" (Azərbaycan)
"Qalatasaray" (Türkiyə) – "Sparta" (Praqa, Çexiya)
"Şaxtyor" (Ukrayna) – "Marsel" (Fransa)
Bu mərhələnin oyunları 2024-cü il fevralın 15-də və 22-də keçiriləcək.
Xidmetler [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi