"Qarabağ"ın ilk loqosunun müəllifi həkim imiş
"Qarabağ" futbol klubunun ilk loqosunun yaranma tarixçəsi məlum olub.
KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, loqonun ilk müəllifi klubun həkimi Aydın Mirzəyevdir.
Onun sözlərinə görə, "Qarabağ" futbol klubunun ilk loqosu 1997-ci ildə hazırlanıb. Aydın Mirzəyev bildirib ki, həmin il komanda Sumqayıtda qalırdı və xarici səfər ərəfəsində loqo məsələsi gündəmə gəlib.
"Məni çağırıb xahiş etdilər ki, məşqdən sonra hamı evinə getsə də, mən qalım və gecə bir fikir düşünüb səhər təqdim edim. Çünki formalarımızın üzərində mütləq loqo olmalı idi, əks halda, bizi qəbul etməzdilər. Xeyli düşündüm ki, Qarabağı necə təmsil edə bilərik. Birdən yadıma o atlar – Qarabağ atları düşdü.
Sadəcə, indiki loqodakı ulduzlar sonradan şirkət tərəfindən əlavə olunub, o vaxt bu ulduzlar yox idi. Səhər loqonu təqdim etdim, çox uğurlu alınmışdı. Ardınca onu formaların üzərinə tikdilər və bu, bizim loqomuz oldu. O zamandan bəri bu atlar bizim şərəfimiz və şöhrətimiz, "Qarabağ"ın köhlənləridir. Loqomuz belə yaranıb" , – deyə o bildirib.

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA