"Qarabağ"ın potensial rəqibləri müəyyənləşdi

"Qarabağ"ın UEFA Avropa Liqasının (AL) pley-off mərhələsindəki mümkün rəqibləri müəyyənləşib.
KONKRET.az Modern.az-a istinadən xəbər verir ki, buna UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin son matçlarının ardından aydınlıq gəlib.
Qitənin ən nüfuzlu klub turnirində qrup üçüncüləri olan komandalar mübarizəni AL-də davam etdirəcəklər. Onlar bu turnirin qrup ikinciləri ilə pley-offda qarşılaşacaqlar. Hazırda H qrupunda ikinci pillədə qərarlaşan "Qarabağ" İsveçin "Hakken" klubu ilə bu gün keçiriləcək görüşdən sonra da mövqeyini dəyişməsə, ÇL-in qrupunda üçüncü yeri tutanlardan biri ilə üz-üzə gələcək.
Potensial rəqiblər sırasında Türkiyə çempionu "Qalatasaray" da var. Qurban Qurbanovun kollektivi İtaliya nəhəngi "Milan"la da qarşılaşa bilər.
"Qarabağ" Avropa Liqasında mübarizəni davam etdirə bilsə, pley-offdakı rəqibi dekabrın 18-də təşkil olunacaq püşkatmada bilinəcək. Bu mərhələnin oyunları 2024-cü il fevralın 15-də və 22-də keçiriləcək.
"Qarabağ"ın potensial rəqibləri:
"Qalatasaray" (Türkiyə)
"Lans" (Fransa)
"Braqa" (Portuqaliya)
"Benfika" (Portuqaliya)
"Feyenoord" (Niderland)
"Milan" (İtaliya)
"Yanq Boyz" (İsveçrə)
"Şaxtyor" (Donetsk, Ukrayna)
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Hakken" oyunu saat 21:45-də başlayacaq. Ağdam təmsilçisi hazırda 7 xalla ikinci pillədə yer alıb. İsveç klubunun isə hesabında xal yoxdur.

İdman       Tarix: 14 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı 

Misli Premyer Liqasında VII tura bu gün yekun vurulacaq. xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək. Günün ilk oyununda "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 15:00-d

Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta 

"Bayern Münhen"in təcrübəli qapıçısı Manuel Noyer inanılmaz səhvə imza atıb. xəbər verir ki, almaniyalı qolkiperin xətası nəticəsində Münhen təmsilçisi qarşılaşmanın 8-ci saniyəsində hesabda geri düşüb. Meydan sahiblər

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb

"Barselona" rekord qırdı

"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Barselona" cari mövsümdə qazandığı nəticələrlə diqqət çəkib. xəbər verir ki, Kataloniya klubunun rəsmi saytının məlumatın

Farslar təhqir yağdırdı, "Traktor" oyundan imtina etdi

Oktyabrın 18-də İran Premyer Liqasının IX turu çərçivəsində Gilan əyalətinin Ənzəli şəhərində keçirilməsi planlaşdırılan matçda Təbrizin "Traktor" komandası meydana çıxmaqdan imtina edib. KONKRET.azxəbər verir ki

"Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb. -ın məlumatına görə, komandalar meydana aşağıdak

Cüdoçumuz dünya üçüncüsü oldu

Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında üçüncülük görüşünə çıxıb. xəbər verir ki, o, bürünc medal uğrunda qazaxıstanlı Abilayxan Zubanazar ilə qarşılaşıb. İdmançımız görüşdə ipponla qalib gələrə

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

"Sabah" UEFA Çempionlar Liqasında tarixə düşdü

"Sabah" UEFA Çempionlar Liqasında qeydə aldığı göstərici ilə fərqlənib. xəbər verir ki, "OptaJoe"nun paylaşdığı statistikaya əsasən, Bakı klubu turnirin tarixində ardıcıl üç oyunun ilk dəqiqələrindən etibarə


son xeberler azerbaycan xeberleri yeni xeberler hava durumu şou biznes xəbərləri bu gune olan xeberler xeberler az