Qarabağın rusiyalı qapıçısı: "Onlar Azərbaycan futbolu ilə bağlı yanlış fikirdədirlər"

Qarabağın rusiyalı qapıçısı: "Qarabağ"in uğurunda müxtəlif faktorların birləşməsinin rolu var: oyunçu seçimi, futbolçuların səviyyəsi, taktiki tələblər, hazırlıq və intizam".
KONKRET.az xəbər verir ki, bunu "Qarabağ"ın və Rusiya millisinin qapıçısı Andrey Lunyov deyib.
Təcrübəli qolkiper Rusiya mətbuatına müsahibəsində Azərbaycan çempionunun uğurunun sirrini açıqlayıb: "Biz müasir futbol oynayırıq, müdafiədən hücuma və əksinə sürətlə keçirik. Kifayət qədər yüksək səviyyəli futbolçularımız var. Bu da nəticə verir. "Qarabağ"da dostum oynayıb və mən keçidimə qədər komandanı izləyirdim. "Frayburq"la ötən mövsümdəki matçlarına da baxmışdım. Oyun üslubu xoşuma gəlirdi".
Andrey rusiyalı azarkeşlərdə yanlış fikir formalaşdığı qənaətindədir:
"Bizdə belə bir stereotip formalaşıb ki, Azərbaycan kimi balaca ölkələrin komandaları yaxşı futbol göstərə bilməz. Hərçənd nümunələr yetərincədir. Hətta millidə həm Stanislav Çerçesov, həm Valeri Karpinin baş məşqçilyi dövründə Malta ilə oynayanda, bizə asan olmamışdı. Balıqçı, poçtalyon adlandırılanların hamısı müasir intensiv, yüksək pressinqli futbol oynamağı öyrəniblər. "Qarabağ"ın futbolçuları avrokubok təcrübəsinə malikdirlər, yığma və klubda top-rəqiblərə qarşı oynayıblar. Buna görə də hara getdiyimi anlayırdım. Bəli, çempionat rəqabətsizdir. Amma bu, futbola qayıtmaq üçün şans idi".
Lunyov "Qarabağ"ın Rusiya çempionatında qızıl medallar üçün mübarizə aparacaq gücdə olduğunu düşünür:
"Qarabağ"ın Rusiyada çempionluq üçün mübarizə apara biləcəyini deyən Murad Musayevlə razıyam. Çempionluq, ən azı "üçlük" üçün mübarizə aparardı. Yeganə məqam Rusiya futbolunun spesifikasıdır. O, daha qapalı və sərtdir. Uzaq məsafələrə səfərlərlə mübarizədə "Qarabağ"ı izləmək maraqlı olardı. Bəlkə də indi dəyişib, mən "Zenit"də oynayanda əksər komandalar topu rəqibə verir və ona nəzarətə də cəhd etmirdilər".
Andrey Azərbaycan çempionatındakı nümayiş olunan futbola da toxunub:
"Azərbaycanda topu bizdən ala da bilmirlər, amma cəhd edirlər. Pressinqdən çıxmaq, topu saxlamağa çalışırlar. Ancaq uzun ötürmələr və standartlara ümid bağlamırlar. Burada yüksək pressinq etməyə çalışırlar, müdafiədə və ya meydanın yarısında oturan komandalar azdır. Bu, məni təəccübləndirdi. Bəzən 5:0, 7:0 hesabları olsa da, heç bir komanda ilə bizə asan olmur. Matçlar maraqlı vəziyyətlərlə zəngindir. Sadəcə oyunçuların səviyyəsi və taktiki gedişlər özünü göstərir".
Qeyd edək ki, Andrey "Qarabağ"ın heyətində 2023/24 mövsümünün çempionudur. (Offsideplus)

İdman       Tarix: 16 aprel 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Mançester Yunayted" Maykl Karriki qovdu

"Mançester Yunayted" baş məşqçi Maykl Karriki istefaya göndərib. xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb. Klubun bununla bağlı bu gün açıqlama yayacağ

"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək

"Qarabağ" Misli Premyer Liqasının ev oyunlarını "Azersun Arena"da keçirəcək. KONKRET.azxəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Bildirilib ki, Ağdam təmsilçisi Tofiq Bəhramov adın

Azərbaycan millisinin heyətində dəyişiklik

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. xəbər verir ki, yığmanın futbolçusu Lorenzo Mezzotero son çempionat matçında zədələnib. Zədə səbəbindən Lorenzo Mezzotero milli komandanın heyətindən çıxarılıb. Onu

Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu

İsmail Kartalın komandadan ayrılmasından sonra yeni baş məşqçi axtarışına çıxan "Fənərbağça"nın seçimi yerli mütəxəssis olub. KONKRET.azxəbər verir ki, türkiyəli futbol şərhçisi Rıdvan Dilmenin "X" hesabınd

"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı 

Misli Premyer Liqasında XI tura və I dövrəyə bu gün yekun vurulacaq. xəbər verir ki, sonuncu oyun günündə daha iki matç keçiriləcək. İlk olaraq "Sumqayıt" "İmişli"nin qonağı olacaq. Yevlax şəhər stadionundak

Kaşuk karyerasında ilk dəfə Ukrayna millisinə çağırıldı

"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk karyerasında ilk dəfə Ukrayna millisinə çağırılıb. xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb. 26 yaşlı cinah oyunçusu UEFA Millətlə

Abu-Dabidə qalmaqal: Usman Nurmaqomedov Merab Dvalişvilinin üzərinə hücum edib

Rusiyalı MMA döyüşçüsü Usman Nurmaqomedov Abu-Dabidə gürcüstanlı idmançı, UFC-nin keçmiş çempionu Merab Dvalişvili ilə insident yaşayıb. KONKRET.azxəbər verir ki, tərəflər arasında dava noyabrın 11-də otellərdən birinin foyesind

PSJ-dən Arda Gülerə üçqat maaş təklifi

PSJ heyətini gücləndirmək üçün "Real"ın yarımmüdafiəçisi Arda Güleri transfer etməyi planlaşdırır. xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb. Bildirilir ki, Paris klubu 21 yaşlı futbolçuy

"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 11-ci turunda "Turan Tovuz"a ududzuqları matçdan danışıb. xəbər verir ki, o, oyundan sonra təşkil olunan mətbuat konfransında komandasını


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler azerbaycan hava haqqinda xeberlər son xeberler bugun 2026 canli