"Qarabağ"ın stadion müəmması: "Azərsun Arena", "Tofiq Bəhramov", yoxsa BOS?
"Qarabağ" avrokuboklarda təsnifat mərhələsinin ev oyunlarını Bakı Olimpiya Stadionunda (BOS) keçirə bilər.
KONKRET.az xəbər verir ki, məlumatı "Prosport.az" saytı yayıb. Tofiq Bəhramov adına Respublika stadionu təmirə bağlandığından, "Azərsun Arena" isə avrokubok matçlarını keçirmək üçün tələblərə tam cavab vermədiyindən, "Qarabağ" BOS-da oynamağa razılıq verib.
Məsələ ilə bağlı arenanın mətbuat xidmətinin rəhbəri Fərid Əsədzadə ilə əlaqə saxladıq. Qurum rəsmisinin "Football-plus.az"a açıqlaması belə oldu:
"Qarabağ" bizimlə əlaqə yaradaraq meydanın vəziyyəti və qarşıdakı aylarda stadionun əlçatanlığı barədə məlumat alıb. Lakin birinci mərhələdən etibarən oyunların burda keçirilib-keçirilməyəcəyini deyə bilmərəm. Rəsmi müraciəti qəbul edib müqavilə bağladıqdan sonra daha dəqiq məlumat verə biləcəm".
Gördüyünüz kimi, "köhlən atlar" BOS-a müraciət edib. Lakin "Qarabağ"ın avrokubok oyunlarını burda keçirib-keçirməyəcəyi bəlli deyil. Məsələ ilə bağlı redaksiyamıza informasiya daxil olub. Ağdam təmsilçisi Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələsindəki görüşlərini "Azərsun Arena"da keçirəcək. Bundan sonrası isə müəmmalıdı. Tofiq Bəhramov adına Respublika stadionu hazır olarsa, 3-cü təsnifatda və pley-offdakı oyunlar burda baş tutacaq. Əks təqdirdə isə "Qarabağ" BOS-dan istifadə edəcək.

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi