"Qarabağ"la oyunda başımızı itirmişdik" - Jorje

"Futbolçular ilk oyundan sonra paltardəyişmə otağında dedilər ki, hələ heç nə bitməyib, vəziyyəti xeyrimizə dəyişəcəyik".
KONKRET.az xəbər verir ki, bunu Portuqaliyanın "Braqa" klubunun baş məşqçisi Artur Jorje "Qarabağ"a qarşı Bakıda keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu ilə bağlı mətbuat konfransında deyib.
52 yaşlı mütəxəssis Azərbaycan klubu barədə xoş fikirlər səsləndirsə də, səfərə qələbə dalınca gəldiklərini bildirib:
"İlk oyundakı hesab qarşımızda çətin missiyanın durduğunu göstərir. Nəzərə alaq ki, ötən həftəsonu çempionatda bir gərgin matç da keçirmişik. "Qarabağ" isə oynamayıb. Çətin olsa da, durumu xeyrimizə dəyişməyə çalışacağıq. Fikrimcə, bu, mümkünsüz deyil. Yaxın zamanda ölkə kubokunun qalibi olmuşduq. Mövsüm hələ bitməyib. Mərhələ keçməklə uğurun davamını gətirə bilərik. Bütün matçlarda qələbə qazanmaq iqtidarında deyilik. Çempionatda da mövsümü daha yüksək yerlərdə bitirə bilərik. "Braqa"nın hər bir oyunçusu qələbə üçün vuruşmalıdır".
O, komandanın qarşısına yüksək tələb qoyduqlarını bildirib: "Çox keyfiyyətli futbolçularımız var. Onlar istənilən anda matçın taleyini həll edəcək gücdədirlər. Onların qarşıya qoyulan hədəfi yerinə yetirəcəklərinə şübhə etmirəm. Bu, istəkdən xəbər verir. Qarşımızda çox güclü rəqib var. Amma istənilən halda hədəfimiz minimalhesablı qələbə yox, mərhələ adlamaqdır".
Çalışdırıcı Portuqaliyadakı qarşılaşmada ilk qolun həlledici rol oynadığını düşünür: "Braqada ilk qolu buraxmağımız oyunun açar anı idi. "Qarabağ"ın üstünlüyə yiyələnməsi mühüm rol oynadı. İndiki mərhələdə hansısa rəqibi ciddi qəbul etməmək doğru olmaz. "Qarabağ" həm güclü komandadır, həm də individual cəhətdən yaxşı oyunçuları var. Etiraf etmək lazımdır ki, orada "Qarabağ" üstün idi. Bu da hesabda öz əksini tapdı. Hətta ikinci hissədə bir periodda başımızı itirmişdik. Lakin sabah mərhələ adlamaq istəyiriksə, daha diqqətli olmalıyıq".
Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Braqa" oyunu saat 21:45-də başlayacaq. Komandaların Portuqaliyadakı ilk duelində Azərbaycan çempionu 4:2 hesablı qələbə qazanıb.

İdman       Tarix: 21 fevral 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi

"Real Madrid" klubunun fransalı hücumçusu Kilian Mbappenin anası və eyni zamanda meneceri olan Fayza Lamari rüşvətvermə şübhəsi ilə Fransa polisi tərəfindən dindirilib. bu barədə "L"Équipe" nəşrin

Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi

Fransa Liqa 1-də keçirilməsi planlaşdırılan "Tuluza" – "Trua" oyununun vaxtı dəyişdirilib. KONKRET.azxəbər verir ki, buna ölkədə keçirilən etiraz aksiyaları səbəb olub. Daha əvvəl oktyabrın 24-də keçirilməs

"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"

Hər kəs "Sabah" komandasından "Slaviya" ilə qarşılaşmada qələbə gözləyir. KONKRET.azxəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsind

"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı 

Misli Premyer Liqasında VII tura bu gün yekun vurulacaq. xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək. Günün ilk oyununda "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 15:00-d

"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. Misli Premye

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb

60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-yə məğlub olduqları oyunda (2:4) dubl edərək iki tarixi rekorda imza atıb və Lionel Messinin göstəricilərin

"Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb. -ın məlumatına görə, komandalar meydana aşağıdak

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son xəbərlər xeber.az bu gun dunya xeberleri