Qazandıqları milyonları necə itirdilər? - Məşhurların gizli həqiqəti

Qazandıqları milyonları necə itirdilər? - Məşhurların gizli həqiqətiSon illərdə həm Türkiyə, həm də dünya şou-biznesində məşhurların maliyyə problemləri tez-tez gündəmə gəlir. Bir vaxtlar böyük sərvətə sahib olan bu şəxslərin bəziləri müxtəlif səbəblərdən borc içində qalıb.
azxeber.com bu məsələ iə ağlı apardığı araşdırmanı təqdim edir:
Türkiyə şou-biznesində maliyyə çətinliyi yaşayan məşhurların hekayələri bir-birinə bənzəyir. Buna uğursuz ticarət, qumar borcları və başqa səbəblər aid edilə bilər.
Qumar və nəzarətsiz xərclər deyəndə ilk ağıla gələn sima Serdar Ortaç olur. Uzun illər qumar səbəbilə böyük borclar yığdığını açıqlayan sənətçi, sərvətinin demək olar ki, hamısını itirib.
Qazandıqları milyonları necə itirdilər? - Məşhurların gizli həqiqətiMehmet Ali Erbil səhhətindəki problemlərə görə uzun müddət işləyə bilməyib və bu səbəblə sərvətinin böyük qisminin tükəndiyini açıqlamışdı. Onun gəlirinin əsas mənbəyi televiziya proqramları və şou layihələri olduğu üçün, ciddi sağlamlıq problemləri, uzun reabilitasiya dövrü səbəbilə uzun müddət ekranlardan uzaq qaldı. Bu da gəlirin kəsilməsinə gətirib çıxardı.
Qazandıqları milyonları necə itirdilər? - Məşhurların gizli həqiqətiİbrahim Tatlıses sərvəti və biznesi ilə bu gün də gündəmdə olmasına baxmayaraq, bəzi biznes layihələrində zərər edərək maliyyə itkiləri yaşayıb. Musiqidən qazandığı pulları restoran və otel biznesi, media və televiziya layihələri, inşaat və daşınmaz əmlaka yatırım edən sənətçinin planları uğursuz olub. Onun açdığı restoranlar şəbəkəsinin böyük qismi oğlunun səhvi ucbatından bağlanıb. Bununla da sənətçi böyük pullar itirdiyini açıqlayıb.
Qazandıqları milyonları necə itirdilər? - Məşhurların gizli həqiqətiDemet Akalın və Petek Dinçözə isə sevgi qurbanı demək olar.
Hər iki xanım müğənni həyat yoldaşlarının şəxsi və biznes problemləri səbəbilə maddi çətinliklərlə üzləşiblər. Hətta Demet Akalın həyat yoldaşı Okan Kurtun maliyyə problemlərinin ona təsir etməməsi üçün yalandan rəsmi olaraq ondan boşanıb. Petek Dinçöz isə keçmiş həyat yoldaşı ilə yollarını ayıran zaman onun borclarına ortaq olduğu üçün külli miqdarda pul ödəməli olub.
Qazandıqları milyonları necə itirdilər? - Məşhurların gizli həqiqətiYıldız Tilbe konsertləri ilə böyük pullar qazanan sənətçilərdəndir. Müğənni qazancını düzgün idarə edə bilmədiyini özü etiraf edərək sərvətinin olmadığını açıqlamışdı. Bu gün də anşlaqla keçən konsertlərinin olmasına baxmayaraq, sənətçi sərvətini daha çox xeyriyyə məqsədilə istifadə edir.
 Qazandıqları milyonları necə itirdilər? - Məşhurların gizli həqiqətiDünya ulduzları arasında da oxşar həyatı yaşan və böyük maliyyə problemləri ilə üzləşən ulduzlar var. 
Lüks həyat tərzi və həddindən artıq lazımsız xərclər səbəbindən milyonlarla dollar qazansa da, iflas etdiyini açıqlayan boks dünyasının ulduzu Mayk Tayson buna ən yaxşı misaldır.  
Tayson iflas xəbərini 2003-cü ildə rəsmi olaraq məhkəmə qərarı ilə elan edib. Karyerası boyunca 300 milyon dollardan çox qazanc əldə etmiş idmançının 23 milyon dollar borcu var idi.
Qazandıqları milyonları necə itirdilər? - Məşhurların gizli həqiqətiHər bir ulduz günün birində səhnədən gedəcəyini düşündüyü üçün gələcək planlarında biznesə geniş yer verir. Amma yanlış investisiyalar səbəbindən bir çoxunun istəyi uğursuz olur. Aktyor Nicolas Cage daşınmaz əmlak və digər riskli yatırımlar səbəbilə böyük borclarla üzləşib və bir müddət böyük maliyyə problemləri yaşayıb. 
Qazandıqları milyonları necə itirdilər? - Məşhurların gizli həqiqətiMaliyyə idarəetməsində problemlər xarici ulduzlarda da mövcud olduğundan reper MC Hammer şou-biznes tarixində ən məşhur maliyyə çöküşü yaşayan ulduzlardan biri hesab olunur. O, 13 milyon dollar borcu olduğunu deyərək rəsmi şəkildə müflis olduğunu açıqlamışdı. Böyük malikanə, lüks avtomobillər, şəxsi təyyarə və yüksək xərclər onun müflişməsinin əsas səbəbi kimi göstərilirdi.
Qazandıqları milyonları necə itirdilər? - Məşhurların gizli həqiqəti2015-ci ildə reper "50 Cent", rəsmi iflas müraciəti edərək borclarının olduğunu elan etmişdi. O, borclarını tənzimləmək və maliyyə vəziyyətini yenidən qurmaq üçün atılan hüquqi addımlardan istifadə edəcəyini və 50 milyon dollar borcu olduğunu açıqlamışdı. 
Qazandıqları milyonları necə itirdilər? - Məşhurların gizli həqiqətiAysel Hacızadə

Şou Biznes       Tarix: 02 may 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar

Gəncədə müğənni əməliyyatdan sonra ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı vəfat edib. İlkin məlumata görə, onu

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind

"Ceylan"la "Haydar Ali"dən eşq etirafı - FOTO

"Yeraltı" serialının ulduzları Devrim Özkanla Deniz Can Aktaş sevgili olduqlarını elan ediblər. Özkan ötən gün sevgilisi ilə birgə fotosunu paylaşıb. Cütlüyün eşq etirafı gündəm olub. /

Bred Pittin yeni sevgilisi - Foto

Hollivud ulduzu Bred Pitt sevgilisi, zərgərlik dizayneri İnes de Ramonla birgə ictimaiyyət qarşısına çıxıb. Cütlük aktyorun yaxın dostu Corc Kluninin fondunun təşkilatçılığı ilə keçirilən "The Albies" mərasimind

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Lvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb. Bu haqda "Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi "K" mahnıs

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

Səhnədən biznesə: Ulduzlar nədən pul qazanır?

Məşhurlar artıq yalnız kino, musiqi və ya televiziya layihələrindən qazanc əldə etmirlər. Onların bir çoxu öz adını ayrıca brendə çevirərək kosmetika, geyim, içki, enerji içkiləri və hətta rəqəmsal aktivlərdən milyonlarl

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən


yeni xeberler azerbaycan xeberleri son xeberler ən son xəbərlər bugün cəbhədən ən son xəbər bugunun xeberleri sosial yardim