Qazaxıstan-Ermənistan ticarət dövriyyəsində REKORD ARTIM
2022-ci ildə Qazaxıstan və Ermənistan arasında ticarət dövriyyəsi 41,6 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə (20,8 milyon dollar) 99,8% çoxdur. Eyni zamanda, ixrac 10,3 milyon dollardan 26,9 milyon dollara, idxal isə 10,5 milyon dollardan 14,7 milyon dollara yüksəlib.
KONKRET.az Qazaxıstan mediasına istinadən xəbər verir ki, bu və digər məsələlər İrəvanda iqtisadi əməkdaşlıq üzrə Qazaxıstan-Ermənistan Hökumətlərarası Komissiyasının 9-cu iclasında müzakirə olunub.
Qeyd olunub ki, ötən il Ermənistana kənd təsərrüfatı və ərzaq məhsulları, elektrik akkumulyatorları ixracında artım müşahidə olunub. Ermənistandan Qazaxıstana isə idxalın əsasını maşın və avadanlıqlar, laklar, boyalar, dərman vasitələri təşkil edib.
Məlumata görə, 2023-cü ilin yanvar-fevral aylarında iki ölkə arasında ticarət dövriyyəsi 81,8% artaraq 4,6 milyon dollar olub.
Belə ki, Qazaxıstandan Ermənistana ixrac 2,7 dəfə artaraq 2 milyon dollar təşkil edib. Ermənistandan Qazaxıstana isə idxal 46,2% artaraq 2,6 milyon dollara çatıb.
İkitərəfli əməkdaşlığı genişləndirmək məqsədilə Ermənistan tərəfi Qazaxıstan şirkətlərini Gümrü şəhərində logistika mərkəzinin yaradılması layihəsində iştirak etməyə dəvət edib.
Həmçinin informasiya texnologiyaları və turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, xüsusilə Astana ilə Yerevan arasında birbaşa uçuşların yaradılması imkanları ilə bağlı müzakirələr aparılıb.
İqbal Rzayev,
KONKRET.az

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Prezident Osman Xaliyevi sədr təyin etdi
Millimiz Moldova yığmasına uduzdu