Qazaxıstan neft ixracını Azərbaycan üzərindən həyata keçirməyi nəzərdən keçirir
Qazaxıstan iyul ayında Xəzər Boru Kəməri Konsorsiumunun (KTK) fəaliyyətində yaranan fasilələr səbəbindən neft ixracının bir hissəsini alternativ marşrutlara yönəldib.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Energetika Nazirliyi məlumat verib.
Nazirliyin "İnterfaks-Qazaxıstan" agentliyinə bildirdiyinə görə, ixrac axınlarının yenidən bölüşdürülməsi istiqamətində işlər aparılır. Bu çərçivədə Atırau–Samara istiqamətində neft nəqlinin həcmi artırılıb, həmçinin Çinə tədarüklər yüksəlib.
Qazaxıstan Energetika Nazirliyi alternativ marşrutlar sırasında Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəməri, Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən daşımalar, eləcə də Bakı–Supsa marşrutunu nəzərdən keçirdiyini bildirib.
"Bakı–Tbilisi–Ceyhan sistemi ilə nəql, Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən daşımalar, həmçinin Bakı–Supsa marşrutu nəzərdən keçirilir", – deyə nazirlikdən bildiriblər.

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yavər Şıxəliyev vəfat etdi
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
"Hər həftə bir ev alırdım
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub