Qazaxıstanın Baş prokuroru yanvar iğtişaşları barədə DANIŞDI
Qazaxıstanda 2022-ci ilin yanvarında baş vermiş kütləvi iğtişaşlara hazırlıq 2021-ci il ərzində aparılıb. Cinayətkarlar arasında kriminal qruplar və təhlükəsizlik orqanlarının əməkdaşları da olub.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu respublikanın Baş prokuroru Berik Asılov bildirib.
"Hadisəni törədənlər arasında mütəşəkkil cinayətkar qruplar da olub. İstintaq müəyyən edib ki, bu təxribat işinə müəyyən təhlükəsizlik qüvvələri nəzarət edib", – o deyib.
Prokuror yanvar iğtişaşlarının dövlət çevrilişinə cəhd olduğunu bildirib.
O xatırladıb ki, dövlətə xəyanətdə və dövlət çevrilişinə cəhddə ittiham olunan Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş rəhbərlərinə qarşı cinayət işi tam məxfi şəkildə araşdırılıb.
Onun sözlərinə görə, materialların açıqlanması milli təhlükəsizlik maraqlarına zərər verə bilər.
Qeyd edək ki, 2022-ci il yanvarın 2-də Qazaxıstanda maye qazın bahalaşmasına qarşı etirazlar başlayıb. Etirazçılar bir neçə gün ərzində iqtisadi tələblərdən siyasi tələblərə, o cümlədən hökumətin istefasına keçiblər. Ölkədə iğtişaşlar başlayıb, onların aradan qaldırılması üçün KTMT sülhməramlıları cəlb olunub.
İqbal Rzayev,
KONKRET.az

"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO