Qazaxıstan parlamenti Nazarbayev haqqında qərar QƏBUL EDƏCƏK
Qazaxıstan Parlamenti Məclisinin (aşağı palatası) deputatları çərşənbə günü plenar iclasda respublikanın ilk prezidenti Nursultan Nazarbayev haqqında qanunun ləğvi məsələsinə baxacaq.
KONKRET.azTASS-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin plenar iclasının gündəliyində bildirilib.
"Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası haqqında" Qazaxıstan Respublikasının konstitusiya qanununun qüvvədən düşmüş hesab edilməsi haqqında" Qazaxıstan Respublikasının konstitusiya qanununun layihəsinin baxılmağa qəbul edilməsi haqqında", – Məclisin plenar iclasının gündəliyinin birinci bəndində qeyd edilib.
Qeyd edək ki, iyunun 5-də Qazaxıstanda konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilib. Dəyişikliklərdən biri Nazarbayevin statusu və səlahiyyətləri ilə bağlı maddənin, eləcə də onun dalbadal iki dəfədən artıq dövlət başçısı vəzifəsinə seçilməsinə imkan verən müddəanın çıxarılması olub.
Hazırda ölkədə Nazarbayevin, eləcə də onun ailə üzvlərinin statusunu və imtiyazlarını tənzimləyən "Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası haqqında" qanun qüvvədədir. Qanuna əsasən, Nazarbayevin xalqa müraciət etmək, parlament qarşısında və hökumət iclaslarında çıxış etmək hüququ var. Birinci prezidentin toxunulmazlığı var. Onu saxlamaq və ya həbs etmək olmaz. Toxunulmazlıq Nazarbayevə və onunla birlikdə yaşayan ailə üzvlərinə xüsusi mülkiyyət hüququ əsasında məxsus olan bütün əmlaka şamil edilir.
İqbal Rzayev,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi