Qazilər SOCAR-a məxsus obyektlərin mühafizəsinə cəlb edilirlər - FOTO
Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus "Security Operation Services" ("SOS") mühafizə şirkətində İkinci Qarabağ müharibəsinin daha 29 iştirakçısı işlə təmin edilib.
SOCAR-dan verilən məlumata görə, 2022-ci ilin birinci rübü ərzində şirkət tərəfindən elan olunan 165 vakansiya üçün 162 nəfərin müraciəti qeydə alınıb və onlardan 111 nəfər işə qəbul komissiyasından uğurla keçib.
Yeni işə qəbul olunanlar arasında 44 günlük Vətən müharibəsində şücaət göstərmiş 29 müharibə iştirakçısı və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçən dörd şəhid ailəsinin üzvü də var.
Qəbul olunan yeni əməkdaşlar ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən neft sənayesi obyektlərinin mühafizəsinə cəlb ediləcək.
Qeyd edək ki, SOCAR-la əməkdaşlıq çərçivəsində neft mədənlərinin, boru kəmərlərinin və neft sənayesinə aid digər obyektlərin qorunmasını həyata keçirən "SOS" şirkətində indiyə kimi ümumilikdə 149 şəhid ailəsi, qazi və müharibə iştirakçısı işlə təmin edilib.




Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var