Qəbələ "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalına start verilib - FOTO
Qəbələ şəhəri yenidən öz qapılarını sənətsevərlərin, Beynəlxalq Musiqi Festivalı iştirakçılarının üzünə açıb.
azxeber.com xəbər verir ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və "Gilan"ın dəstəyi ilə bu gün Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalına start verilib.
Qəbələdə Heydər Əliyev Konqres Mərkəzində "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının ilk konserti təqdim olunub. Musiqisevərlərin böyük marağına səbəb olan festival klassik musiqinin tanınmış ifaçılarını bir araya gətirib.
Dahi bəstəkar Qara Qarayevin musiqi irsinə həsr olunmuş gecədə Xalq artistləri Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə və Azərbaycan Dövlət Simli Kvarteti səhnə alıblar. Festivalın ilk konserti Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələrinə həsr olunub.
Səhnədə tanınmış pianoçular və kamera musiqi kollektivləri çıxış edərək dünya və Azərbaycan bəstəkarlarının əsərlərini səsləndiriblər. 4 gün gün davam edəcək festival çərçivəsində müxtəlif janrlarda konsert proqramları təqdim olunacaq.
Tədbirin əsas məqsədi klassik musiqinin təbliği, beynəlxalq mədəni əlaqələrin genişləndirilməsi və Qəbələnin musiqi və turizm mərkəzi kimi mövqeyinin daha da möhkəmləndirilməsidir.







Kurslar.az kurslar [newsid: 0-123300]

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
Mariya Şarapova Bakıya gəlir
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto