Qələbə dairəsi'dən '20 Yanvar' dairəsi istiqamətində asfaltlanma işləri yekunlaşıb
Bakının Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində aparılan təmir işləri davam etdirilir.
azxeber.com Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, aparılan təmir işləri çərçivəsində küçənin "Qələbə dairəsi"dən "20 Yanvar" dairəsi istiqamətində asfaltlanma işləri artıq yekunlaşıb. Bu gündən etibarən küçənin əks istiqaməti üzrə, yəni "20 Yanvar" dairəsindən "Qələbə dairəsi" istiqamətində təmir işlərinə start verilir.
Aparılan işlər çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, ərazi asfaltlanma üçün hazır vəziyyətə gətirilir. Ardınca isə "İnşaat Norma və Qaydaları"na əsasən küçəyə lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Aparılan işlərə uyğun sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və aidiyyəti qurum tərəfindən avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri də icra olunacaq.
Qeyd edək ki, aparılan təmir işləri ilə əlaqədar küçə boyu hissə-hissə avtonəqliyat vasitələrinin hərəkəti məhdudlaşdıraraq alternativ küçələrə yönəldilir. Təmir işlərinin tərtib olunmuş qrafikə uyğun yekunlaşdırılması üçün agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb edilib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat